SON DƏQİQƏ

Şəhid Kərim Əhmədəliyev adına sinifin şagirdləri şəhid və qazi ailəsini ziyarət etdi- FOTOLAR

Tarix:11-11-2021, 22:30

Xatirə Fərmanova- Şagirdlərimiz öz qəhrəmanlarını tanımalıdır!   
Sonunu düşünən Qəhrəman olmaz! adlı lahiyyəsi ilə Sumqayıt şəhər 5 saylı tam orta məktəbin şəhid Kərim Əhmədəliyevin adını daşıyan  3A sinifinin rəhbəri Xatirə Fərmanova və sinif şagirdləri, bir neçə valdeyn və məktəbin veteran müəlliməsi  Rəfiqə Abbasova Vətən müharibəsi şəhidi Qubad Hüseynovun və Vətən müharibəsi   qazisi Vahab Vahabovun ailəsini ziyarət etdilər. Hər iki ailəyə ərzaq  yardımı olundu. 
Şəhid ailəsinin ziyarətində müəllimlər Vətən müharibəsindən, şəhidlərin şücaətindən, şəhid Qubad Əliyevin keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Gənc rəssam Ayxan İsayevin şəhid Qubad Əliyevin şərəfinə hazırladığı suviner və şəhidin anası Nigar Əliyevaya Sumqayıt şəhər 5 saylı tam orta məktəbin direktoru B,Şəfiyevin adından Təşəkkürnamə  təqdim olundu. Şagirdlər şəhid Q.Əliyevin şəxsi əşyalarından və şəkillərindən ibarət guşə ilə tanış oldular.                                                                                        
İkinci ziyarətimiz Vətən müharibəsi qazisi, XTQ-nin döyüşçüsü vahab Vahabovun ailəsi ziyarət olundu. Ailənin qonağı olan XTQ-nin giziri, Vətən müharibəsi qazisi Ceyhun Əhmədov və Vahab Vahabov gələn qonaqları salamladı, şagirdlərlə bir-bir görüşərək tanış oldular. Məktəb illərinin xatirələrindən söhbət açaraq, döyüş yolundan danışdılar. Azərbaycan Dövlət himni oxundu, uşaqlar şəhidlərə, müharibəyə, bayrağa aid bir-birindən gözəl seirlər söylədilər. Maraqlı keçən görüş şirniyyat süfrəsində davam etdirildi.                                          

Şəhid Kərim Əhmədəliyevin adına sinifin rəhbəri Xatirə Fərmanova fikirlərini bizimlə bölüşdü:                                                       

- Yeganə xanım şagirdlərimiz öz qəhrəmanlarını tanımalıdır! Biz mütamadə olaraq dərsdə Qarabağ tarixindən danışaraq şəhidlər və qaziləri böyüməkdə oan nəsilə tanıdırıq. Şəhid və qazi ailələrinə ziyarətlər davamlı olmalıdır, bunlar hər biri canlı tariximizdir. Tarixi unudulan xalqı düşmən tez əzər, tez məhv edər. Unutmayaq ki, Unudulmayaq!                                        
Sonda xatirə fotoları çəkildi.                                                       
Ailələrə ziyarətin təşkilinə görə 3 A sinifinin valdeynlərinə və yanımızda olan hər bir kəsə təşəkkür edirik.  

Yeganə Telmanqızı
“XeberTıme.az”
 



   
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ