SON DƏQİQƏ

" Şəhid mundiri"

Tarix:15-11-2021, 13:05

Bu günlərdə şair- jurnalist, F.B. Köçərli yaradıcılığının tədqiqatçısı, Dövlət qulluğunun baş müşaviri Pərixanim Mikayilqızının növbəti" Şəhid mundiri" adlı kitabı  diqqətimi daha  çox cəlb etdi .
" Borçalı"  nəşriyyatında çap olunmuş" Şəhid mundiri" povesti 1988 -ci ildən bu günümüzə qədər Azərbaycanın əzəli torpağı olan Qarabağda şəhid olmuş igid əsgər və zabitlərinin xatirəsinə , eləcə də ərazi bütövlüyümüzü qoruyarkən fiziki sağlamlıqlarını itirmiş qazilərımızin şərəfinə ithaf olunmuşdur. 
Povestdə əsərin qəhrəmanı  Cavid cəmi şəhidlərimizin  simvolu kimi qələmə alınmışdır. Əsərdə müəllif igid qəhrəmanımızın cəsurluğundan ,
mərdliyindən  ətraflı bəhs edir. İstər birinci Vətən müharibəsində, istərsə də aprel döyüşlərində ordumuzun igid döyüşçülərinin cəsurluğundan söhbət açan Rərixanım Mikayılqızı ürək ağrısı ilə yazdığı povest  gənc nəslin vətənpərvər ruhda böyüməsində əhəmiyyət kəsb edir. 
Əsərin qəhrəmanı Cavid anasını və nişanlısı  qonşu qızını intizarda qoyaraq vətəni qorumağı hər şeydən üstün tutdu.
Xeyli düşməni işğal etdikləri ərazilərimizdən qovdu. Növbəti döyüşlərin birində şəhidlik zirvəsinə ucaldı. 
Hərbi komissarlıqdan  Cavidin evinə edilən zəng səsindən  ananın gözləri qaraldı, dünya aləm başına fırlandı.
Povesti tam təsvir etmək istəmirəm. Çünki hər bir oxucu  vətənpərvər mövzulu  belə povestləri daha çox oxuyur, nəinki dünya şöhrətli yazıçıların detektiv mövzulu əsərlərini .
Povestin sonunda mərd ana oğlunun  şəhid olmuş döyüş dostunun əsgər mundirini gətirərək şəhid olmuş oğlunun nəşinin üzərinə örtur və  gözlərini əbədi olaraq yumur.  
Pərixanım Mikayilqızı bu əsəri  göz yaşları ilə elə canlı təsvir etmişdir ki,oxucular bu kitabı bir nəfəsə oxumağa cəhd edirlər.
Onu da qeyd edim ki, Firudin bəy Köçərli yaradıcılığı haqqında 500 səhifəlik  geniş və əhatəli monoqrafiya yazmaq  məhz  Pərixanım Mikayılqizına nəsib olmuş və lakin bəzi biəməl alimlər tədqiqatçı yazıçının yaş məhdudiyyətini bəhanə edərək alimlik dərəcəsi almasına maneələr törətmişlər.
Ümid edirik ki," Əsgər mundiri"  povesti   müəllifə  növbəti kitabları kimi geniş oxucu rəğbəti qazandıracaqdır və əsərləri  maraqla oxunacaqdir.

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ