SON DƏQİQƏ

"Atamın vəziyyəti günü-gündən yaxşılaşır." - Xalq artistinin oğlu danışdı

Tarix:15-11-2021, 23:07

Bir müddət öncə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan Xalq artisti Arif Babayevin səhhəti yaxşılaşır.
XeberTıme.az  xəbər verir ki, bunu muğam ifaçısının oğlu bildirib.
O qeyd edib ki, atasının səhhətində irəliləyişlər var: "Şükürlər olsun ki, həkimlərin yazdığı müalicələr Arif bəyə xeyir etdi. Vəziyyəti günü-gündən yaxşılaşır. Xəstəxanadan gələndən ev şəraitində müalicə olunur. Səhhətində müsbət irəliləyiş hiss edilir". 
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ