SON DƏQİQƏ

Azərbaycanın tanınmış aktyoru vəfat etdi

Tarix:18-11-2021, 23:19

Tanınmış aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Məcnun Hacıbəyov vəfat edib.

XeberTıme.az xəbər verir ki, 86 yaşlı aktyor bu gün səhər saatlarında çoxdandır yaşadığı Quba rayonunda dünyasını dəyişib. Onun koronavirus səbəbindən həyatını itirdiyi bildirilir.
 
M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında rayonun İkinci Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.
Məcnun Hacıbəyov “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Qeyd edək ki, aktyor 60 il Bakıda yaşayıb-işlədikdən sonra Quba rayonuna - ata ocağına köçmüşdü. O, rayonda tək yaşayırdı, həyat yoldaşı illər öncə vəfat edib. Məcnun Hacıbəyov çalışdığı Akademik Milli Dram Teatrından inciyərək, Bakıdan Qubaya - İkinci Nügədi kəndinə köçüb getmişdi...

Əməkdar artist bu gün İkinci Nügədi kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin! 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ