SON DƏQİQƏ

Qarakənd faciəsindən 30 il ötür

Tarix:20-11-2021, 07:37

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 30 il ötür.  Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Qarakənd faciəsi Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. 
 Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Qarakənd faciəsində həlak olanlar:

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
 
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
 
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
 
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
 
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
 
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
 
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdiri
 
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
 
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
 
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
 
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
 
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
 
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
 
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
 
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
 
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
 
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
 
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator                            

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
 
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
 
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü         

Hər şəhid bir ocağın ümid işığı, bir elin qürur mənbəyi, bir dövlətin təməl sütunudur. Allah şəhidlərimizə rəhmət eləsin!       
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı
  “XeberTıme.az”
  
 
                                                    
                    
                                 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ