SON DƏQİQƏ

“XeberTıme.az” informasiya portalının yaranmasında 1 il keçir.

Tarix:20-11-2021, 07:49

Yeganə Telmanqızı - Dövlətə, dövlətçiliyə xidmət həyat amalımızdır.
Rəhbəri olduğum saytın yaranmasının bir ili tamam olur. Bu bir il ərzində daima dövlətinə, xalqına xidmət edərək şəhidlərimizin əziz xatirəsindən bəhs edən yazılarla, qazilərimizin döyüş yolundan, 44 günlük Vətən müharibəsində qazanılan zəfərlərdən,  idmançılarımızın dünya arenalarındakı  uğurlarından, Rəssamlar İttifaqının keçirdiyi sərgilərdən, təhsildən, səhiyyədən, mədəniyyətdən bəhs edən müxtəlif yazılarla eləsədə “Ümüd” Xeyriyyə Cəmiyyətinin və digər xeyriyyəçi insanların   fəaliyyətini  işıqlandıraraq cəmiyyətə çatdırıb. Xatırladaq ki “XeberTıme.az” informasiya portalı  bu günə qədər kifayət qədər köşə yazıları ilə oxucu marağı qazanmışdır. Sayıtımız olaraq televiziyada işıqlanan bir sıra verlişlərin informasiya dəstəkçisiyik. Sevimli teleaparıcı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında reytenqli verlişlərdən biri olan "Qanun və İcra" verlişinin hər həftə efirə gedən buraxılışını sayıtımız vasitəsi ilə oxucularımıza çatdırırıq.   
“XeberTıme.az” gənc yazarlara, bütün sahədə ilk addım atan peşəkarlara daima dəstək olub. Hal-hazırda sayıtımızın 15 əməkdaşı var. İnşallah daima irəli addımlarla “XeberTıme.az” informasiya portalı! 

Yeganə Telmanqızı
 “XeberTıme.az”
   
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ