SON DƏQİQƏ

Qubada şəhid ailələri ilə görüş keçirildi- FOTOLAR

Tarix:21-11-2021, 22:37

20.11.2021-ci il tarixində “Ümid” Xeyriyyə Cəmiyyətinin, “XeberTıme.az” informasiya portalının, və “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və gənc rəssam Ayxan İsayevin təşkilatçılığı ilə Qubada şəhid ailələri ilə görüş keçirildi.  
Tədbir Quba şəhər Şəhidlər Xiyabanının ziyarəti ilə başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhidlərin məzarları ziyarət olunaraq ailələrinə, yaxınlarına Uca yaradandan rəhmət, ailələrinə səbr diləndi.  
Tədbir Quba şəhərində yerləşən “Qızıl Qaya” restoranında davam etdirildi. Əvvəlcə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükütla yad olundu. Azərbaycanın və Türkiyənin Dövlət Himnləri  30 il əvvəl erməni vandallarının törətdiyi Qarakənd faciəsi xatırlandı. Hadisədə şəhidlik zirvıəsinə ucalan 22 dəyərli ziyalımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu.Quba rayonu YAP-nın sədri Yusif Abidov, Quba royon icra hakimiyyətinin nümayəndəsi Samir Nəcəfov, QMİB-nin sədri, şair, publisist, həkim-jurnalist Prezident təqaüdçüsü Hacı Azadə -Taleh Abbasqızı şəhid ailələrini, qonaqları salamladı. Natıqlər vurğudular ki, şəhid oğulları ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşdülər. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Şəhidlər ölməz, unudulmaz! Zəfər tarixini Ali Baş Komandan İlham Əliyev cənabları yürütdüyü düzgün siyasət, şəhidlərimizin, qazilərimizin cəsurluqla döyüşü və qanı bahasına qazandıq. Onlar hər biri qələbə tarixinin bir səlnaməsidir. Bu gün həmdə Qarabağımızın musiqi, muğam beşiyi olan Ağdamın azad olunduğu gündür. 2020-ci il 20 noyabr tarixi – şanlı gün kimi tariximizə yazıldı.   
Şəhid ailələrinə, qazilərə  dövlət dəstəyi, yüksək səviyyədədir. Dövlət hər bir şəhid ailəsinə xüsusi qayğı ilə yanaşır.                                                                                

Tədbirin fəxri qonağı Türkiyə T.C.Trabzon Bələdiyyəsinin rəsmisi Murat Şahin Türkiyədən məhz bu tədbir üçün gəldiyini söylədi. Murad Şahin şəhid  analrını, şəhid ailələrini salamladı. Hər bir şəhid anasına, atasına baş sağlığı verdi və cəsur, qəhrəman övladlar böyütdüyü üçün öz təşəkkürünü bildirdi. Rəsmisi olduğu Trabzon Bələdiyyəsi tərəfindən  şəhid analrına və xeyriyyəçi ziyalılarımıza diplomlar təqdim olundu.  QMİB-nin sədri, şair, publisist, həkim-jurnalist, Prezident təqaüdçüsü Hacı Azadə - Taleh Abbasqızı İctimai Birlik tərəfindən 3 xeyriyyəçi xanımlara Tünzalə,Raya və Hacıxanım Rəfiqəyə təsis etdiyi “Nabat yolu "medalını, və bir neçə şəhid valdeynlərinə eləcədə fəxri qonaqlara fəxri fərmanlar tədqim etdi. Bir sıra şəhid ailələri QMİB-nin təsis etdiyi  “Cənnət Qoxulu Şəhidim” medalını təqdim etdi. Azadə xanım tədbirin ərsəyə gəlməsində “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikovaya, “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızna, “Vətən Naminə” şəhid ailələrinə dəstək İctimai Birliyinin rəhbəri Tünzalə Abduləlimovaya və gənc rəssam Ayxan İsayevə öz təşəkkürünü bildirdi.  
Vətən müharibəsi qazisi, fəxrimiz Camal Alxasova “Qafqaz-Media” İctimai Birliyi, “Vətən Naminə” şəhid ailələrinə dəstək İctimai Birliyi və “Ümid”  Xeyriyyə Cəmiyyəti “XeberTıme.az” informasiya portalı tərəfindən diplom, təşəkkürnamə və Sonra “Ümid” Xeyriyyə Cəmiyyətinin birgə lahiyyəsi olan “Şəhid Anası” təltifi, gənc rəssam Ayxan İsayevin hazırladığı ”Zəfər cələngi” suveniri 50 şəhid ailələrinə təqdim olundu.                                                         
Tədbirdə həmçinin bir sıra qonaqlara “XeberTıme.az” informasiya portalı, “Ümid” Xeyriyyə Cəmiyyəti və “Vətən Naminə” şəhid ailələrinə dəstək İctimai Birliyi tərəfindən hədiyyələr və təşəkkürnamələr təqdim olundu.                    

Sonda vatirə şəkillər çəkildi.  
Nəzərinizə çatdiraram ki, Sumqayıt şəhərində yerləşən “Can” şirniyyat evinin təqdim etdiyi şirniyyatlar şəhid analarının təşəbbüsü ilə Quba şəhərində yerləşən uşaq evinə göndərildi.
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”





 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ