SON DƏQİQƏ

Bakıda Zəfər paradı - YENİLƏNİB + VİDEO

Tarix:10-12-2020, 15:29

Bakının Azadlıq meydanında Zəfər paradı yekunlaşdı.
14:49
Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələri Bakı səmasında dövrə vurdular.

14:29
Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin hərbi və zirehli texnikaları nümayiş etdirildi.

14:23
Vətən müharibəsində düşməndən götürülən hərbi qənimətlər Zəfər paradında nümayiş etdirildi.

14:20
Vətən müharibəsinin qaziləri Azadlıq meydanından keçirildi.

14:08
Azadlıq meydanına Zəfər bayrağı gətirildi.

14:05
Bakıda Zəfər paradı başladı.

13:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxış etdi.

13:25
Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi.
XeberTıme.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edirdi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.
Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verdi.
Dövlət başçıları əsgərləri salamladılar.
Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini ifa etdi.
Bundan sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 
Prezident İlham Əliyev Zəfər paradında çıxış etdi.

12:51
Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş hərbi parad başladı.
Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər yürüşünün məntiqi yekunu olan parad Bakının Azadlıq Meydanında keçirildi.
Zəfər paradını Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, iki ölkənin dövlət və hökumət üzvləri izləyirdi.
Paradda Azərbaycan ordusunun 3000 nəfərdən artıq şəxsi heyəti, 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də, hərbi gəmi və katerlər nümayiş etdirildi.
Vətən Müharibəsində müzəffər ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərində bir qismi nümayiş olundu.

Qələbəyə həsr olunmuş hərbi paradın xüsusi buraxılışını sizə təqdim edirik. 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ