SON DƏQİQƏ

General-mayor şəhid ailələri və kəşfiyyatçı qazilərlə Zəfər bayramı münasibəti ilə görüş keçirtdi-FOTOLAR

Tarix:22-11-2021, 12:55

General-mayor Hilal Nəcəfov Qalibiyyət günü və Zəfər bayramı mübasibəti ilə şəhid ailələri və kəşfiyyatçı qazilərlə görüş keçirtdi.                                     
Tam səmimi və isti münasibətlə keçən görüşdə Zəfər tariximizi əks etdirən 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusunun, kəşfiyyatçı qazilərin və şəhidlərin keçdiyi şərəfli döyüş yolundan xoş xatirələr danışıldı. Şəhidlik məqamına ucalan şəhidlərin əziz xatirələri ehtiramla yad olundu.                                                                               

General-mayor   Hilal Nəcəfov görüş baradə fikirlərini bizimlə bölüşdü:                                                                                                  
- Belə tədbirlərin tez-tez  keçirilməsi vacibdir. Tarix unudulmamalıdır. Şəhid ailələrinə dövlət tərəfindən kifayət qədər dəstək, qayğı göstərilir. Bu ailələrin anaları, övladları, ailə üzvüləri  hər zaman bizim qayğımızıda  hiss etməlidir. Biz xoşbəxt bir dövlətdə Vətəndə yaşayırıq. Qalib Azərbaycanın Qalib vətəndaşlarıyıq! 44 günlük Vətən müharibəsində xalq Ali Baş Komandan cənab İlham Əliyevin  zəfərimizin rəmzi olan dəmir yumuruğunun ətrafında sıx birləşdi və bu birlik bizi qalibiyyətə apardı. Haqq savaşımız Zəfər Qələbəsi ilə başa çatdı. Vətən müharibəsi bu xalqın qüdrətini təsdiqlədi. Ən güclü silahımız Vətən sevgisi idi və bu qalibiyyət milli iradə, milli ruh, milli ləyaqətin təntənəsi idi. Bizim xalqımız, dövlətimiz humanist, sülh sevən xalqdır. Biz heç zaman şəhidləri, onların ailələrini, qazilərimizi unutmayacayıq. Yaşasın  Azərbaycan! 
Qonaqlar səmimi görüşdən razı qaldı. Cənab general-mayora  hər kəs öz təşəkkürünü bildirdi.                                                                                

Yeganə Telmanqızı 
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ