SON DƏQİQƏ

Rəssam Tünzalə Ağabalayevanın " Həyatın Rəngləri " adlı ilk fərdi sərgisi keçirildi-FOTOLAR

Tarix:26-11-2021, 10:15

25.11.2021-ci il tarixində Azərkitab-Kitab Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, istedadlı rəssam Tünzalə Ağabalayevanın " HƏYATIN RƏNGLƏRİ " adlı ilk fərdi yaradıcılıq sərgisinin açılış mərasimi baş tutdu. 
Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açaraq qonaqları salamladı.  Sərgi haqqında geniş məlumat verdi. Sonra çıxış edənlərdən   Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi  və eyni zamanda Tünzalə xanımın müəllimi Elşən Quliyev, Azərbaycan Rəssamlıq Akademiyasının dossenti Telman Abbasov, Türkiyəli rəssam Ahmet Naim Pir, AJB-nin üzvü , fəlsəfə doktoru Sabir Əhədov, "GALERA" Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli, Əməkdar jurnalisti, Bayraqdar.info saytının redaktoru Nadir İsmayılov, Vətən Müharibəsi qazisi Vüsal Yusifov, XeberTıme.az saytının rəhbəri Yeganə Telmanqızı, Qarabağ qazisi Ruxsarə Cumayeva, Salman Əliyev  və digərləri Tünzalə xanımı ilk fərdi yaradıcılıq sərgisi münasibəti ilə təbrik etdilər və belə sərgilərin rəssamların inkişafında əvəzsiz rol oynamaqla yanaşı gənc rəssamlara stimul olduğunu bildirərək təşkilatçılara və rəssama gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Sonda çıxış edən Tünzalə xanım bu sərgisinin təşkilində ona dəstək olan Elnurə və Aygün İsgəndərovalara və Azərkitab Kitab Mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
Sonda rəssam Tünzalə Ağabalayeva Azərkitab-Kitab Mərkəzi tərəfindən diplomla təltif olundu.
Sərgidə rəssamın 30 kətan və  yağlı ilə işlənmiş əsərləri nümayiş olunur. Sərgi 3 gün davam edəcək.
 
XeberTıme.az 
Xüsusi müxbir: Aygün Oqtay                                 
Fotoqraf: Ramin Qurbanov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ