Sonuncu dəfə bu ilin yanvar ayında elə Rusiyada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra ötən gün reallaşan daha bir görüş Azərbaycanın maraqlarına uyğundur. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb. Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılması elədə uzaqda deyil.
XeberTıme.az Xəzər xəbər-ə istinadən bildirir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən gün baş tutan üçtərəfli görüşün nəticələrini Azərbaycan müsbət qiymətləndirir. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva ölkəmizin mövqeyinin Soçi bəyanatında əksini tapdığını deyir.
Soçidə imzalanmış sənədin detalları Azərbaycanın münaqişə bitdikdən sonra bəyan etdiyi müddəalarla tam uyğundur. Azərbaycan tərəfinin hər zaman bəyan etdiyi kimi Soçidə imzalanmış sənəddə də "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə mərhələsindən gedir.Sənəddə Minsk qrupunun adının çəkiləməməsi də təsadüfi deyil. Fəaliyyəti dövründə ciddi irəlləyiş əldə etməyən Minsk Qrupu artıq siyasi ölüyə çevrilib. Baxmayaraq ki, Ermənistan münaqişənin bitmədiyini və ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyac olduğunu bəyan edirdi.
Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir və bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması, ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. Yerli və xarici politoloqlar düşünür ki, diplomatik qələbənin daha bir səbəbi isə Azərbaycan və Rusiya liderləri arasında etibar və dostluğun olması həm də hər iki dövlət başçısının açıq və mərd siyasət yürütməsi ilə bağlıdır. Bunun fonunda Paşinyanın cılız və riyakar addımları Moskvanı hər keçən gün daha çox qıcıqlandırır.
Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan Soçi görüşü ərəfəsində də oxşar addım atdı. Onun onlayn mətbuat konfransında səsləndirdiyi destruktiv, şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat və şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu.
Azərbaycanın diplomatik qələbəsi həm də kommunikasiya əlaqələrinin yaradılması, dəhlizlərin açılması istiqamətində göstərdiyi səylərin sənəddə öz əksini tapmasıdır. Millət vəkili Elşad Mirbəşiroğlu məhz Soçi görüşünün Zəngəzur dəhlizinin açılması prosesində də irəlişləyişə səbəb olduğunu deyir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb.Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, Zəngəzur dəhlizinin açılması elədə uzaqda deyil.
Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur.