SON DƏQİQƏ

Ötən gün Qarabağ suvarma kanalında batmış 17 yaşlı gəncin meyiti tapılıb

Tarix:Bu gün, 02:02

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
XeberTıme.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ