SON DƏQİQƏ

Gənc ifaçı Nelya Mamedovanın “Leyla”adlı klipinin təqdimatı keçirilib- FOTOLAR+VİDEO

Tarix:Bu gün, 02:20

Gənc, istedadlı ifaçı Nelya Mamedovanın ilk klipinin təqdimatı  keçirilib. 
01.07.2025-ci il tarixində istedadlı, gənc ifaçı Nelya Mamedovanın “Leyla” adlı ilk  klipinin təqdimatı keçirildi. Klip izlədildikdən sonra mətbuat konfransı baş tutdu. Mətbuat konfransında bir sıra media nümayəndələri: Ruhiyyə Eldarqızı, Yeganə Telmanqızı, Xatirə Məmmədova, Aytən Muradlı, Ləman Süleymanova, gənc xanəndə İdris Tagizadə, şairə Tərvin xanım, Nelya xanımın yaxın dostları iştirak ediblər.        
Mətbuat konfransında təşkilatçı, “Xeberekspress.az” İnformasiya Portalının mədəniyyət şöbəsinin müdiri, Nelya Mamedovanın prodüseri Əhməd Pərviz oğlu qonaqları salamladı. “Leyla” klipin necə ərsəyə gəlməsi haqqında eləcədə Nelya xanımın qarşıda olan yaradıcılıq planlarından, bir neçə mahnının tezliklə dinləyicilərin ixtiyarına veriləcəyini dedi. Mətbuat nümayəndələrinin suallarını cavablandıran Nelya Mamedova “Leyla” mahnısına gətirdiyi yeni nəfəsdən, klipin yaranmasından danışdı.  Yaxın günlərdə artıq bir necə mahnı-klipinin dinləyicilərə təqdim edəcəyindən, gələcək uğurlu planlarından söhbət açdı. Gənc ifaçı mətbuat konfransında iştirak edən hər bir kəsə öz təşəkkürünü bildirdi. Xatırladaq ki, Cabbar Musayevin bəstəsi olan “Leyla” mahnısını Respublikanın xalq artisti Niyaməddin Musayev, Respublikanın əməkdar artistləri Elnarə Vahidova, Könül Kərimova ifa etmişdilər.   
 Gənc müğənni Nelya Mamedova mahnıya yeni nəfəs gətirmişdir.   Mahnının musiqisi bəstəkar-müğənni Cabbar Musayevin, sözləri Mübariz Piriyevin, aranjimanı Sadıqxanındır. İdeya müəllifi və rejissor Orxan Hüseyinlidir. Gənc ifaçı Nelya xanım ilk yaradıcılıq addımlarına bir il öncə başlamışdır.                                                          
Bizdə gənc ifaçı Nelya Mamedovaya “XeberTıme.az” və “Xeberekspress.az”  İnformasiya Portalının bütün əməkdaşları adından bol-bol yaradıcılıq uğurları arzulayırıq.  




Nelya Mamedovanın “Leyla” klipini sizə təqdim edirik:





Yeganə Telmanqızı                                    

 XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ