"Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdirilir.
27.11.2021-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Mediasiya haqqında qanunvericiliyinin tətbiqi təhlil olundu. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi əhatə edən mövzular baradə fikir mübadiləsi aparıldı. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlandı, sonda isə verlişə ünvanlanmış suallar cavablandırıldı. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişdik:
1. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil. .
2. Bulud Yusifov- Mediator, hüquqşünas.
3. Gülnar İbrahim qızı- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin videosunu təqdim edirik.
Yeganə Telmanqızı
“XeberTıme.az”