SON DƏQİQƏ

Ağstafa rayonu böyük coşğu ilə Vətən müharibəsi qazisini qarşıladı-FOTO

Tarix:28-11-2021, 01:31

44 günlük Vətən müharibəsində şücaətliklə vuruşan qazi Elvin Sadıqovu hörmət və etiramla qarşılanıb. 

Əslən Ağstafa rayonu Muğanlı kəndindən olan  qazimiz Elvin Sadıxov əvvəlcə ərazi bütövlüyümüzün bərpa olunmasında canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərin məzarlarını ziyarət etdi. Kənd sakinləri əllərində 3 rəngli bayraqla “Qarabağ Azərbaycandır!” süarı ilə qazimizi müşayət etdilər. 

Elvinin yaxınları, doğmaları, kənd cammatı qzimizin gəlişi münasibəti ilə qurbanlar kəsdi.   

 
Əfqanistan Veteranlari İctimai Birliyi Aqstafa rayon filialının rəhbəri, Qarabağ qazisi, hərbi ekspert Mirzahid Hacıyev “XeberTıme.az” informasiya portalına öz müsahibəsində bildirdi:                                                                 

- 44 günlük Vətən müharibəsi başlanan gündən bu günə qədər qazilərimizi böyük təmtaraqla, hörmətlə qarşılayırıq. Biz şəhidlərimizlə, qazilərimizlə, dövlətimizlə qürurluyuq!  Bu gün Vətən müharibəsində tarix yazan  qazimiz  Elvin Sadıxovun görüşünə  yüzlərlə kənd sakini  gəlib. Ailəsinə göz-aydınlığı veririk. Allah qazimizin şəfasını versin.
 
Xatırladaq ki, Elvin Sadıqov Füzuli, Zəngilan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq qanı, canı bahasına igidlik göstərib, Vətənin azad olunmasında şücaətliklə vuruşaraq ağır yaralınır və 12 gün komada qalır.

Azərbaycan xalqı sizin kimi oğullarla fəxr edir! 

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”


                                                              
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ