SON DƏQİQƏ

General- Mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunan cüdo üzrə turnir keçirildi- FOTO

Tarix:29-11-2021, 10:28

Abşeron olimpiya idman kompleksi əfsanəvi qəhrəman general- mayor Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi katedlər və yeniyetmələr arasında cüdo üzrə turnir keçirtdi.                                                                                                   Yarış Azərbaycanın Dövlət Himnin səslənməsi ilə açıq elan olundu. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.                            
Tədbirə bir sıra fəxrli qonaqlar dəvət olunmuşdur onlardan biridə Qarabağ qazisi Seyran Mirzəyev idi.   

Yarışın təşkilatçısı Mirseyfulla  Məmmədov “XeberTıme.az” sayıtı ilə yarış baradə fikirlərini bölüşdü:  

- Belə yarışların mütamadə keçirilməsi vacibdir. Yeniyetmələr və böyüməkdə olan nəsil öz qəhrəmanını tanıyır, vətənə, xalqa, şəhidə, qaziyə sevgi ilə böyüyür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarımıza can sağlığı versin!                                         
Azərbaycan idmançıları dünyada şöhrət qazanmış və öz sözünü demiş  idmançılardır. Cüdo idman növünün çempionları dünya arenalarında hər zaman öz sözünü deyib. Bu cür yarışlarda gələcəyin Olimpia, Dünya, Avropa çempionlarını yetişdiririk.  

Xatırladaq ki, yarış tam pandemiya qaydalarına uyğun keçirilib və tamaşaçı iştirak etməyib. Yarışın təşkilatçısı Mirseyfulla  Məmmədov idi. Yarış 2006-2007, 2008-2009 2010-2011, 2012-2013 illər arasında , 33 çəki dərəcəsində keçirilib. 130 idmançı qatılan yarışın sonunda I-II-III yerlərin sahibinə general- mayor Polad Həşimovun rəsmini əks etdirən diplomlar, medallar və hədiyyələr təqdim olunub. General- Mayor Polad Həşimovun anası Səmayə Həşimovaya və media dəstəyinə görə İlin Trend İdmançı müxbiri Yeganə Telmanqızına yarışın təşəkkürnaməsi təqdim olunub.  

Yeganə Telmanqızı 
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ