SON DƏQİQƏ

DUYĞU ÇƏLƏNGİ+ FOTOLAR

Tarix:29-11-2021, 20:52

28 noyabr 2021-ci il tarixində Azərkitab-Kitab Mərkəzinin dəstəyi ilə tanınmış rəssam Fərəh Babayevanın " Duyğu Çələngi "adlı ilk fərdi yaradıcılıq sərgisi baş tutdu.Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açaraq qonaqları salamladı. Sərgi haqqında geniş məlumat verdi. Sonra çıxış edənlərdən Yazıçı Gülzar İbrahimova Fərah xanımın Vətən qoxulu gül çələnginə bənzər al əlvan əsərlərinə Qarabağa həsr etdiyi şeiri ilə öz hisslərini ifadə etdi. 
Daha sonra çıxış edənlərdən AJB-nin üzvü , fəlsəfə doktoru Sabir Əhədov, "GALERA" Sənət Mərkəzinin direktoru, rəssam Mansur Əsgərli, Türkiyəli rəssam Ahmet Naim Pir, 
"EMEDİA GROUP" media təşkilatının sədri Elşən Əliyev, həkim, rəssam Səadət Cəfərova, Mədəniyyət kanalından müxbir Çərkəz Quliyev,
Qızıl Aypara cəmiyyətinin Kəlbəcər rayonu bölməsinin sədri Gəncəli Mehdiyev Qarabağ Qazisi Ənvər Qarayev, Vətən Müharibəsi qazasi Zakir İmanov, Vətən Müharibəsi qazisi Vüsal Yusifov, Qarabağ qazisi Ruxsarə Cumayeva,  xanımı ilk fərdi yaradıcılıq sərgisi münasibəti ilə təbrik etdilər və belə sərgilərin rəssamların inkişafında əvəzsiz rol oynamaqla yanaşı gənc rəssamlara stimul olduğunu bildirərək təşkilatçılara və rəssama gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Sonda çıxış edən Fərəh xanım bu sərgisinin təşkilində ona dəstək olan Elnurə və Aygün İsgəndərovalara və Azərkitab Kitab Mərkəzinə, onun rəssam kimi yetişməsində əvəzsiz rol oynayan müəllimlərinə və sərgidə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
Sonda rəssam Fərəh Babayeva  Azərkitab-Kitab Mərkəzi tərəfindən diplomla təltif olundu.
Sərgidə rəssamın 44 kətan və yağlı boya və foto əsərləri nümayiş olunur. Sərgi 3 gün davam edəcək.
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay                                        
Fotoqraf: Vüsalə Yunusova


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ