SON DƏQİQƏ

"Vətən" kitabının təqdimat mərasimi- FOTO

Tarix:30-11-2021, 22:14

Bu günlərdə Azərkitab-Kitab Mərkəzində şəhid atası  Haci Əkbər Rüstəmovun növbəti  "Vətən" kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbiri yazıçı, tədqiqatçı Nazim Taptıqoğlu açdı və cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Nazim müəllim müəllifin Qarabağ gündəliyi əsasında sənədlərlə yazılmış  kitab haqqında  ətraflı məlumat verdi və əhəmiyyətindən danışdı.                                                
Onu da qeyd edək ki, kitabın redaktoru, Əməkdar jurnalist Elşən Əliyevdir.                             
Şair- publisist Şahlar babanın   Hacı Əkbərin oğlu şəhid Sənan balamıza həsr etdiyi kitabın da təqdimat mərasimi keçirildi.                                                                
Millət vəkili Aqil Abbas, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu,  komandir müavini Faxrəddin Rəcəbov, həkim- şair Zakir Ağdamlı, şair-publisist German, Qarabağ qazisi Natiq Fətəliyev, şəhid Adəm Əliyevin anası Akifə xanım, QHT rəhbəri Mehriban Abdullayev,  Qarabağ qazisi Rəy Kərimoğlu  şəhid ailələri, veteranlar və bu səfirin müəllifi hər iki kitab haqqında öz fikirlərini bildirdilər. Vurğulandı ki, belə vətənpərvər mövzulu kitabların orta məktəb dərsliklərinə salınması vacibdir.      
Sonda Hacı Əkbər cəbhə xatirələrindən, 44 günlük müharibədə şanlı ordumuzun qələbəsindən iftixarla danışdı və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 
Sonra tədbir iştirakçılarına kitablar hədiyyə edildil.

Rauf İlyasoğlu  
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ