SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:2-12-2021, 22:28

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
04.12.2021-ci il tarixində  efirə gedən "Qanun və İcra" verlişində “Hökümlərin və məhkəmə qətnamələrinin icrası”, “Əməli cinayət olunmasını aradan qaldıran hallar”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36 - 40-cı maddələri baradə fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaqdır. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:                    
  

1. Vəfa Abdullayeva - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.              


2. Ziyabi Hacıyev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.         
 
 
3. Qələndər Muxtarlı - Hüquqmüdafiəçisi.

 
4. Bəkir Həsənov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                        
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
 
Yeganə Telmanqızı 
  
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ