SON DƏQİQƏ

Türk dünyasının tanınmış şairi və ictimai xadim Elxan Zal Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər- FOTO

Tarix:3-12-2021, 08:14

Noyabrın 30-da Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri, türk dünyasının tanınmış şairi və ictimai xadim Elxan Zal Qaraxanlı və fondun nümayəndələri Yasamal rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.   Qonaqlara  Mərkəzin "Muzey" bölməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verildi. Mərkəzin direktoru Naminə Ömərova Kaşqari Fondunun nümayəndələrini Yasamal  rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etdi. Elxan Zal Yasamal rayon Heydər Əliyev Mərkəzinə Kaşqari Fondunun yeni nəşrləri-Qazax ədəbiyyatının klassiki Abay Kunanbayevin tam əsərlər külliyatını, Pakistanın mənəvi atası, filosof-şair Məhəmməd İqbalın seçilmiş əsərlərini və Elxan Zalın Qarabağ Zəfərinə həsr olunmuş "Ordu günü" kitabını hədiyyə etdi. Yasamal rayon Heydər Əliyev Mərkəzinin fəalları, tanınmış rəssamlar və sərgi-tədbir təşkilatçıları Elnurə İsgəndərova  və Aygün İsgəndərova Azərbaycan və Ümumtürk mədəniyyəti qarşısında göstərdikləri böyük xidmətlərə görə "Beynəlxalq Mahmud Kaşqari Mükafatı" ilə təltif edildilər. 
Sonda xatirə şəkilləri çəkildi.
 
XeberTıme.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ