SON DƏQİQƏ

Şəhid ailələri ilə möhtəşəm görüş keçirildi- FOTO

Tarix:4-12-2021, 02:06

03.12.2021-ci il tarixində “Ümid” Xeyriyyə Cəmiyyəti və “XeberTıme.az” saytı şəhid ailələri ilə möhtəşəm görüşünü  Sumqayıt şəhərində keçirtdi.                                              
Görüşdə gənc rəssam Ayxan İsayevin şəhidlərin rəsmlərindən ibarət  hazırladığı “Zəfər Çələngi” və “Color Plus” reklam şirkətinin hazırladığı suvinerlər şəhid ailələrinə  təqdim olundu.     
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda verən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.                                 
Tədbir təşkilatcıları şəhid ailələrini salamlayaraq hər birinin bu məclisdə olduqları üçün öz təşəkkürünü bildirdilər.  Sonra  gənc, vətənpərvər rəssam Ayxan İsayev hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsərlərindən ibarət əl işlərini  və “Color Plus”  reklam şirkətinin hazırladığı şəhid rəsmlərindən ibarət suvinerləri şəhid ailələrinə təqdim olundu. Tədbirdə Vətən müharibəsinin kəşfiyyatçı şəhidi Nicat Nəbiyevin anası Əfsanə Əbülfətova “Vətən Naminə” şəhid ailələrinə İctimai Birliyinin təsis etdiyi “Şəhid Anası” medalı ilə təltif edildi.     
Görüş mərasimi şəhid ailələri üçün açılan cay masasında xoş  söhbətlərlə davam etdirildi. Şəhidləri böyüdüb boya-başa çatdıran analar övladları haqqında xoş xatirələr danışaraq onlarla qürur duyduqlarını bildirdilər. Vətən müharibəsi qaziləri Həsən Yaqubov və Xəyal Quliyev keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar.                                                
Sonda xatirə şəkllləri çəkildi.                                             
Tədbirin təşkilatçılığında yaxından iştirak edən və dəstək göstərən iş adamı, xeyriyyəçi Seyid Mirazad müəllimə, “Hicaz” Ailəvi Məkanın rəhbəri Ruhin Mərdəliyev və bütün işçi personalına, “Sufle” şirniyyat evi şəxsən Nərminə xanıma, xeyriyyəçi iş adamı Həmid Səmidova, gənc rəssam Ayxan İsayevə öz dərin təşəkkürümüzü bildiririk.  
 
Yeganə Telmanqızı
 “XeberTıme.az”
 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ