SON DƏQİQƏ

Zülfiyyə Quliyev- Nurlan mənim sevimli balam idi…

Tarix:5-12-2021, 23:35

Vətən, millət yolunda canını qurban verən qəhrəmanlar heç zaman unudulmur! 04.12.2021-ci il tarixində Vətən, millət yolunda canını qurban verən qəhrəmanlarından biri MAHHXH qulluqçusu Nurlan Şükür  oğlu Quliyev yaşasaydı 26 yaşı tamam olurdu. Mərasim Ağcabədi rayonu Qaraxanlı kəndində el qəbirsanlığında dəfn olunan şəhid Nurlan Quliyevin məzarını ziyarətlə başladı. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında canında keçən şəhidlərin əziz xatirəsi yad edildi, ruhlarına dualar oxundu. Şəhidin ailə üzvüləri, xidmət etdiyi hərbi hissənin hərbiçiləri, Qarabağ qaziləri, döyüş yoldaşları, şəhid ailələri, kənd cammatı, yaxınları, dostları onun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Nurlanla bağlı xoş xatirələrdən, keçdiyi şərəfli döyüş yolundan danışaraq böyük ehtiramla xatırlandı. Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ailələrinə səbr diləndi.                 
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.  Mərasimə bir sıra rayon və kəndlərdə yaşayan şəhid ailələri, şəhid anaları, ataları, Vətən müharibəsi qaziləri, media nümayəndələri və din xadimləri  gəlmişdi. Qonaqlar  çıxış edərək Vətən müharibəsindən qazanılan zəfərdən, qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan oğullarımızın şücaətindən danışdılar.     
Şəhidin anası Zülfiyyə xanım qonaqları evində Nurlan Quliyevin xatirəsi üçün yaradılan ev muzeyi ilə tanış etdi. Onunla bağlı xoş xatirələrdən söhbət açdı.     
Gənc, vətənpərvər rəssam Ayxan İsayev 48 şəhid ailəsinə hazırladığı şəhid rəsmindən ibarət “Zəfər Çələngi”ni təqdim etdi. 
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının direktoru  Yeganə Telmanqızı tərəfindən şəhidin anası Zülfiyyə Quliyevaya “Şəhid Anası ” fəxri diplomu təqdim olundu.  
Yeni yaşın mübarək Vətən oğlu!                                                          
                                                                                                                        

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı
  “XeberTıme.az”
 




 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ