SON DƏQİQƏ

“Ümid” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 39 saylı tam orta məktəbin direktoru Baxşeyiş Ələmşahov şəhid ailələri ilə görüşdü- FOTO

Tarix:6-12-2021, 09:14

Bağışlamaq böyüklükdürsə, üzr istəmək daha çox böyüklükdür.
Sumqayıt şəhər 39 saylı tam orta məktəbin direktoru Baxşeyiş Ələmşahov şəhid ailələri ilə görüşdü və onların hər birindən üzr istədi.   Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyünün bərpasında şəhidlik zirvəsinə ucalan şəhidlərimiz  bir dəqiqəlik sükutla yad edildi. Şəhid anaları, bacıları Zəfər tarixi yazan şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, onlarla bağlı xoş xatirələrdən  danışdılar.                                            

Sumqayıt şəhər 39 saylı tam orta məktəbin direktoru Baxşeyiş Ələmşahov “XeberTıme.az”  informasiya portalına bu günki görüş baradə danışdı: 
                                                                                               

- Vətəni qanları, canları ilə xilas edən, qəhrəman oğullarımızın qısa, lakin şərəfli həyat yollarına nəzər saldıqca qürur hissi keçiririk. Dekabrın 2-də anlaşılmazlıq nəticəsində bizim şəhid ailələri ilə görüş baş tutmadı. Məktəbimizin təlim-tərbiyyə üzrə direktor muavini Təranə müəllimənin səhətində ciddi problemlər olduğu üçün mənə tədbir haqqında heç bir məlumat verməmişdi. Mənim hər zaman şəhid ailələrinə və qazilərə xüsusi bir hörmətim, rəğbətim var. Şəhidlərin bizə əmanət qoyduqları anaları, övladları bizim hər birimiz üçün əzizdir, dəyərlidir. Şəhid bir evin yox, bir elin şəhididir və onlar hər birimizin övladı, qardaşı, doğmasıdır. Bu gün mən şəhid analrından, ailələrindən üzr istədim və onlarla bir masa arxasında oturmaq mənə böyük şərəf verdi.   
Rəhbəri olduğum məktəbdə hər gün şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, onların vətənlərinə nə qədər bağlı olmaqlarından  böyüməkdə olan nəslə təbliğ edirik. Şəhidlərimizi məktəb şagirdlərinə nümunə gətirərək Vətəni, xalqı sevməyi öyrədərək təbliğ edirik. Məktəbimizdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzun şagirdimiz  Nicat Nəbiyev adını daşıyan sinif otağımız da var. Şəhidlər qürur yerimiz, Şəhidlər Xiyabanı ziyarətgahımızdır.  
Sumqayıt şəhər 39 saylı tam orta məktəbin direktoru Baxşeyiş Ələmşahov şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və tədbirin təşkilatçılığında yaxından iştirak edənlərə təşəkkürnamə,  qələbə rəmzi olan “Xarı Bülbül” döş niaşnı və gənc rəssam Ayxan İsayev dekorativ-tətbiqi sənət nümunələrindən ibarət əl işi olan  "Zəfər çələngi"ni təqdim etdilər.
Sonda xatirə şəkilləri çəkildi. 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ