SON DƏQİQƏ

Nakam ömrün şəhidlik zirvəsi

Tarix:8-12-2021, 22:14

07.12.2021-ci il tarixində Vətən müharibəsinin qəhrəmanlarından biri - şəhid əsgər Pərvin Təhməzov anım günüdür. 
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Pərvin Təhməzovun ailə üzvüləri, yaxınları, dostları, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri şəhid Təhməzovun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Pərvin haqqında xoş xatirələrdən danışdılar, keçdiyi şərəfli  və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar.                                                   
Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi.                  
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Şəhid Pərvin Təhməzovun əziz xatirəsinə həsr olunmuş film izləndi. 
Tədbirə gələn Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, qonaqlar, media nümayəndələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımız daim qəlbimizdə yaşayacaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                                                                         
Anım mərasimində şəhidin təhsil aldığı Sumqayıt şəhər V.İbrahim adına 35 saylı tam orta məktəbin direktoru Nüşabə Seyfullayeva Pərvinin təhsil aldığı illərdəki,  xoş xatirələrdən danışaraq şəhid məzunla fəxr etdiyini bildirdi. Sonra məktəbin şagirdləri şeirlərlə, bir-birindən rəngarəng kompazisiyalarla çıxışlar edərək tədbirə rəng qatdılar. 
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Əsli Təhməzovaya “Şəhid Anası ” fəxri diplomunu  və şəhidin şəxsi guşəsi üçün gənc rəssam Ayxan İsayevin hazırladığı şəhidin rəsmindən ibarət “Zəfər Çələngi” suvinerini Vətən müharibəsində sağ qolunu itirən qazimiz, fəxrimiz  Sahil Həsənlinin anası Sədaqət xanım təqdim etdi.                    

Sonda xatirə şəkilləri çəkildi. 
                                                               

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 

 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ