SON DƏQİQƏ

Vətən sevgisi, şəhidlik zirvəsi- baş leytenant Hikmət Səfərov

Tarix:9-12-2021, 12:10

8 dekabr 2021-ci il tarixində Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hikmət İldırım oğlu Səfərovun anım günü keçirildi.                                     
Anım mərasimi İkinci Fəxri Xiyabanda Hikmət Səfərovun məzarının  ziyarəti ilə başlandı. Şəhid Hikmət Səfərovun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, gül-çiçək dəstələri düzülüb.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, media nümayəndələri, Qarabağ qaziləri, şəhid ailələri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.                          

Tədbirdə çıxış edənlər baş leytenant Hikmət Səfərovun Azərbaycanın şanlı tarixini yazmış qəhrəmanlardan biri olduğunu, onun kimi cəsur Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında düşmənə layiqli dərsini verərək, onları torpaqlarımızdan qovduqlarını bildiriblər. Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Vətənin azadlığı yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur.                       
Anım mərasimi şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildı, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ruhuna dualar oxundu, Ulu yardandanda rəhmət diləndi.      
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Hikmət İldırım oğlu Səfərov 1972-ci il iyulun 11-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub.                                                                                      
Baş leytenantı Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən  Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Səfərov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı ağır yaralanıb. 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda şəhid olur. II Fəxri Xiyabanda dəfn olunub.                           
Ailəli idi, 2 oğlu Anar və Azər yadigar qaldı.                                                          
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin  ölümündən sonra  Səfərov Hikmət İldırım oğlu "Vətən uğrunda", "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edib. Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin ömür-gün yoldaşı Gülnarə Səfərovaya təşəkkürnamə, gənc rəssam Ayxan İsayevin hazırladığı şəhidin rəsmindən ibarət “Zəfər Çələngi” suvineri təqdim olundu.  
                                                                

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ