SON DƏQİQƏ

Bayden İranla bağlı əmr verdi

Tarix:10-12-2021, 09:57

ABŞ Prezidenti Co Bayden İrana qarşı diplomatik yolların uğursuz olacağı halda, digər variantların dəyərləndirilməsi üçün komandasına təlimat verib.
XeberTıme.az  xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, İran məsələsində diplomatik yollara üstünlük verirlər:

“Ancaq İranın nüvə proqramındakı irəliləyişlərə baxaraq, Prezident Bayden komandasına diplomatiyanın uğursuz olacağı halda atılacaq addımları hazırlamaqla bağlı təlimat verdi. Bu halda başqa variantlara yönələcəyik.

İrana iqtisadi sanksiyalardan xilas olmağın tək yolunun nüvə müqaviləsi şərtlərinə riayət etmək olduğunu açıq şəkildə çatdırdıq.

Yaxın zamanda diplomatiya yoluna girilməsə və İranın nüvə proqramı sürətlənməyə davam edərsə, İranın istehsal sektorlarından əldə etdiyi gəliri məhdudlaşdıracaq əlavə tədbirlər görməkdən başqa şansımız qalmayacaq. Amma bu məsələdə daha çox məlumat verə bilmərəm”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ