SON DƏQİQƏ

Şəhidlər qürurumuz, and yerimizdir

Tarix:10-12-2021, 10:12

Əsgərov Şahin Rəcəb oglu1971- cii il dekabrın 15-də Ermənistanın (Qərbi Azərbaycanın)  Gorus rayonun Qurtqalaq kəndində anadan olmuşdur.1977-ci ildə həmin kənd məktəbinin   1-ci sinfinə gedən Şahin 1985-ci ildə məktəbi 8-ci sinifini əla qiymətlərlə bitirib.Qurtqalaq kəndində tam orta məktəb olmadığı üçün Şahin təhsilini Füzuli rayonunu Əhmədallılar kəndində davam etdirib.1988-ci ildə ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olan ailə Füzuli rayonunun Əhmədallılar kəndinə köç etmişdir.
1989-cu ildə məcburi qaçqın düşən ailənin övladı Şahin Sovetlər birliyində hərbi xidmətinə yollanıb. Şahin 1991-ci ildə hərbi xidməti başa vurub, Azərbaycana qayıdır.Bir il keçmir ki, Qarabağda şiddətli döyüşlər başlayır. Həmin vaxt Şahının dayısı oğlu Şuşa rayonunda  keçirilən "Daşaltı əməliyyatı"nda düşmənlə mərdliklə döyüşərək şəhid olur. Bu xəbər Şahının 
səbrini daşıran hədd idi. Elə həmin vaxtdan  sonra  döyüşə yollanır. Şahin Əsgərov "723" nömrəli batalyonun tərkibində döyüşlərə qatılır. Şəhid hərbiçi həmin illərdə dəfələrlə sücaət göstərir. O, Divanallılar -Martuni istiqamətində  gedən döyüşlərdə qumbaraatanla ermənilərə məxsus hərbi maşını partladır. Dəfələrlə mühasirəyə düşən döyüşçü dostlarının köməyinə çatıb, güllə yarası alan hərbiçiləri təhlükəsiz əraziyə daşıyaraq həyatlarını xilas edib. Qırmızıbazar istiqamətində gedən döyüşlərdə əsgərlərin su ehtiyatı bitir.
Bu zaman Şahin əsgərlərin su filyaqalarını götürərək özünü təhlükəyə atıb ermənilərin nəzarət etdiyi su anbarından su filyaqalarını  doldurur.Bu zaman düşmən  Şahini görür və atəşə tutmağa başlayırlar.
Amma Şahının cəsurluğu nəticəsində salamat olaraq əsgərlərin yanına qayıdır.
Şahin Lənkəran batalyonuna bələdçilik edir.Şahinin cəsurluğunu, qorxmazlığını görən komandiri onu  vzvod komandiri təyin edir. Sonuncu gün -ölümündən bir gün əvvəl məskunlaşdığı Füzuli rayonun Əhmədallılar kəndinə gəlib. Sinif yoldaşı Natiq  Allahverdiyev deyir ki,bütün dostlarının təkidinə baxmayaraq, Şahin nişanlısıyla görüşməyib:
"Mən həyatımı torpaqların bütövlüyü uğrunda gedən döyüşlərdə verdim. Muharibənin  içindəyəm. Yasayacağım nə məlum"-deyib yenidən döyüşə qayıdıb. Elə son gəlişi də son, gedişi də həmin gün olub.Həmin gün çox söhbət elədik. Şahin sevdiyi qızla nişanlı idi.
O bilirdi ki, son nefəsinədək döyüşlərdə iştirak edəcək Son gedişi də həmin günun axşamı  oldu. Getdiyi ve ertəsi gün tezdən biz Şahının şəhid olduğu xəbərini eşitdik.

ALLAH RƏHMƏT ELƏSİN, RUHUN SAD OLSUN! 
Bu kədərli və qürurverici xatirələri yazan Şahının qardaşı Firudin də 44 günlük Vətən müharibəsində igidliklər göstərib və xeyli düşmən qüvvələrinin məhv edib.
Üzümü Firudinə və şəhid anamıza tutaraq deyirəm; Əziz ana! Siz heç zaman kədərlənməyin, Siz şir biləklik oğullar dünyaya gətirmişdi öz. Başınızı uca tutun. Şəhidlər heç zaman unudulmur. 
Şəhidlər xalqımızın qüruru və and yerimizdir.

Rauf İlyasoğlu.
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ