Yaşadığı evdə, toy karvanında, şadlıq evində bayraqlar asıldı. 9 dekabr düşmən təxribatının qarşısını alarkən və döyüş tapşırığını yerinə yetirərkən sağ ayağını itirən qazi Elnur Ələkbərov sevib seçdiyi Nübar xanımla ailə qurub. Qazimizin toyu vətənpərvər şəkildə qeyd edilib. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.
Toy mərasimində Vətən müharibəsinin, Aprel döyüşlərinin və birinci Qarabağ müharibəsinin qaziləri, şəhid anaları, şəhid ailələrinin üzvüləri iştirak edib. Şəhid anaları bəylə gəlinə öz xeyir-dualarını verdilər. Qazimiz Elnur Ələkbərov döyüşdə göstərdiyi şücaətə görə QMİB-nin sədri, prezident təqaüdçüsü Azadə xanım tərəfindən Xarı Bülbül diplomu və medalına layiq görüldü. Qeyd edək ki, toy mərasimində media nümayəndələri, iş adamları, təşkilat və müəssə rəhbərləri və bir sıra incəsənət adamları iştirak etdilər.
Xatırladaq ki, toyun təşkilatçıları Günay Məmmədova, Mətanət Akifqızı, Nərminə Cəfərova, Aytac Əliyeva, Qarabağ qazisi Ramin Sirinov idi.
Yeganə Telmanqızı
“XeberTıme.az”






























