SON DƏQİQƏ

Şəhid Nurlan Ağakişiyevin adını daşıyan sinifin şagirdləri şəhid və qazi ailəsini ziyarət etdi- FOTOLAR

Tarix:13-12-2021, 12:52

Vətən müharibəsi bizlərə yüzlərlə şəhid və qaziləri tanıtdı. 
Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbin şəhid Nurlan Ağakişiyevin adını daşıyan 1A sinifinin rəhbəri Cəvahir Seyidəmirova və sinif şagirdləri, bir sıra valdeynlər Vətən müharibəsi şəhidi Nurlan Ağakişiyevin və Vətən müharibəsi qazisi Pərviz Əsgərzadənin ailəsini ziyarət etdilər.                                                                         
Ailələrə ilk görüş Sumqayıt şəhərindən Qarabağ qazisi Pərviz Əsgərzadənin ailəsini ziyarətlə başlandı. Cəvahir müəllimə məktəbinin direktoru Elmira Yaqubovanın adından Vətən müharibəsi qazisi Əsgərzadə Pərviz Anar oğluna məktəbin “Fəxri Qonağ”ı diplomunu təqdim etdi.      
Sinifin şagirdləri qazi P.Əsgərzadə ilə  maraqlı söhbətlər etdilər, Pərviz keçdiyi şərəfli döyüş yolundan, cəbhədəki cəsurluğundan danışdı. Məktəblilər qəhrəmanımızı maraqla dinlədilər. Sonra şagirdlər şeirlər söylədilər və sevdikləri qəhrəmanları olan qazi ilə xatirə şəkilləri çəkdirdilər.
Maraqlı keçən görüş şirniyyat süfrəsində davam etdirildi.                           
Xatırladaq ki, sinif valdeynləri tərəfindən qazi ailəsinə ərzaq  yardımı olundu.         
Məktəb şagirdlərinin ziyarəti növbəti gün Mehdiabad qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidi Nurlan Ağakişiyevin ailəsinə oldu. Bizi sevərəkdən qarşılayan şəhidin anası Pərvanə xanım məktəblilərlə və qonaqlarla bir-bir görüşərək onları salamladı. Şagirdlər şəhidin ev muzeyi ilə yaxından tanış oldular. Sinif rəhbəri Cəvahir müəllimə şəhidin anasına şəhidin rəsmlərini əks etdirən maraqlı şəkil suviniri, Xarı Bülbül yaylığını sinif adından və məktəbinin direktoru Elmira Yaqubovanın adından şəhidin valdeynləri Pərvanə xanıma və  Qarabağ qazisi Etibar bəyə məktəbin “Fəxri Qonağ”ı diplomunu təqdim etdi.                                      
Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyeva Nurlan haqqında xoş xatirələrdən söhbət açdı və oğluyla, ömür-gün yoldaşı 1992-ci ildə döyüş tapşırıqlarını yerinə yetirərkən sol ayağını itirən Qarabağ qazisi Etibar bəylə fəxr etdiyini bildirdi.  Cəvahir müəllimə dərs dediyi sinifin şagirdlərinə şəhidlərin, qazilərin, hərbiçilərin adlarını qızıl hərflərlə yazdıqları Zəfər tarixindən, Qalib Azərbaycandan danışdı.                                             
Ailənin qonağı olan gənc rəssam Ayxan İsayev şəhid Nurlan Ağakişiyevin xoş xatirəsini yaşadaraq hazırladığı hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsərindən ibarət "Zəfər Çələngi" adlı əl işini şəhidin anası Pərvanə xanıma təqdim etdi.  
Maraqlı keçən görüş şirniyyat süfrəsində davam etdirildi.

Vətən müharibəsi şəhidi Nurlan Ağakişiyev adına 1A  sinifinin rəhbəri Cəvahir Seyidəmirova ailələrlə görüşlərdə olan xoş təsüratlarını bizimlə bölüşdü:                                                             

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, öz qəhrəman oğullarını bir daha xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda gedən haqq savaşında şəhid və ya qazi oldular. Zəfərlə nəticələnən bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bizi birliyimizi qalibiyyətə apardı və bu gündə biz bu birliyi nümayiş etdirərək böyüməkdə olan nəslə qəhrəmanlarımızı tanıdırıq. Unutmayaq ki, Unudulmayaq!                                        
Sonda xatirə fotoları çəkildi.                                   

Ailələrə ziyarətin təşkilinə görə şəhid Nurlan Ağakişiyev adına 1 A sinifinin valdeynlərinə və yanımızda olan hər bir kəsə təşəkkür edirik.  
 

 Yeganə Telmanqızı
 “XeberTıme.az”
 


 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ