SON DƏQİQƏ

ŞƏHİDLƏR ƏBƏDİYAŞARDIR!

Tarix:15-12-2021, 10:54

Qanı ilə tarix yazan qəhrəman - Kəşfiyyatçı əsgər şəhid Nicat Nəbiyevin bu gün doğum günüdür 
14 dekabr 2021-ci il tarixində Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Nicat Nəbiyevin ad günü mərasimi keçirildi.                                                 

Tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanından Nicat Nəbiyevin məzarının  ziyarəti ilə başlandı. Hikmət Səfərovun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, gül-çiçək dəstələri düzüldü.                                                     
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların   əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilidi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildı. Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ruhuna dualar oxundu, Ulu yardandandan rəhmət diləndi. 
Tədbirdə şəhid ailələri, Qarabağ qaziləri, Müdafiə Nazirliyinin əməkdaşı Elvin Dəmirov, idarə və təşkilatlarının rəhbərləri, din xadimləri, media nümayəndələri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.                                                                                    

Tədbirdə çıxış edənlər kəşfiyyatçı əsgər Nicat Nəbiyevin Azərbaycanın şanlı tarixini yazmış qəhrəmanlardan biri olduğunu, onun kimi cəsur Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında düşmənə layiqli dərsini verərək, onları torpaqlarımızdan qovduqlarını bildirdilər və hər bir şəhidimiz, qazimiz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdılar. Qeyd olunub ki, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Vətənin azadlığı yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur.                                                                  
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Nicat Nəbiyev 2000-ci ildə 16 dekabr sadə, zəhmətkeş bir ailədə dünyay gəlib. Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə 9 illik təhsil alır, sonra təhsilini 10 saylı peşəliseyində davam etdirir. 2019-cı ildə həqiqi hərbi xidmətə yola düşür və hərbidə qüsursuz xidmət edir. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan gündən N,Nəbiyev komandanlığa ərizə ilə müraciət edərək könüllü döyüşlərdə vuruşmaq istədiyini bildirir. Hərbi hissədə qüsursuz xidmətlərinə görə döyüşlərə qatılmağa sərancam verilir. Oktyabrın 2-də Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Azərbaycan ordusunun şəhid əsgəri böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin  ölümündən sonra  Nicat Nəbiyevi "Vətən uğrunda" medalı ilə təltif edib.                                                      
Subay idi. Ailədə 2 qardaş idilər: Nicat və Samir. Xatıladaq ki, 2004-ci ildə Nicat və Samir qardaşlarını anaları Əfsanə Əbülfətova tək böyüdüb.  
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Əfsanə Əbülfətovaya “Şəhid Anası”təşəkkürnaməsi və “Xarı Bülbül”  yaylığı hədiyyə olundu. Gənc rəssam Ayxan İsayevin hazırladığı “Gül buketi” suvineri şəhidin ev muzeyinə təqdim olundu.  
Yeni yaşın mübarək Vətənimin dəyərli oğlu!                                                                

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ