SON DƏQİQƏ

Yeni yaşın mübarək Vətənimin qəhrəman oğlu

Tarix:16-12-2021, 14:30

Bu gün Vətən müharibəsi qazisi Cahangir Əliyevin 22 yaşı tamam olur.                                                                              
Sumqayıt şəhərində yaşayan Vətən müharibəsi qazisi Cahangir Əliyevin ailəsini ziyarət etdik. C.Əliyev təhsil aldığı illərdən, keçdiyi şərəfli döyüş yolundan, xoş xatirələrdən bəhs edən günlərdən danışdı.                              
“Ümid” Xeyriyyə Cəmiyyəti və “XeberTıme.az” informasiya portalı olaraq qazimizə öz adımızdan Təşəkkürnamə verildi. Gənc rəssam Ayxan İsayev hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsərlərindən ibarət qazinin rəsmindən ibarət əl işinin Vətən müharibəsi qazisi Cahangir Əliyevə hədiyyə etdi.  
Əzizimiz Cahangir sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə və ailənizdə yeni-yeni uğurlar arzulayırıq. Ad gününüz mübarək Vətənimizin Fəxrli oğlu! 
Təbriklərə qoşulur: Anası Sevda xanım, atası Gülbala bəy, bacısı Ülviyyə xanım, "XeberTıme.az" informasiya portalının direktoru Yeganə Telmanqızı, “Ümid” Xeyriyyə Cəmiyyətinin sədrləri Raya Məlikova, Mirazad Xurşudov, Vətən müharibəsi qazisi Həsən Yusofov, xeyriyyəçi Namidar Məmmədov, gənc rəssam Ayxan İsayev və onun anası Ülviyyə İsayeva, doğmaları, əzizləri.

Azərbaycan xalqı sənin kimi oğullarla qürur duyur! 
 

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ