SON DƏQİQƏ

Dastana dönmüş Şəhid Xudayarın tədbiri möhtəşəm keçdi-FOTOLAR

Tarix:16-12-2021, 21:58

15 dekabr 2021-ci il tarixində  Həzi Aslanov adına Ordu  və İdeoloji Mərkəzində " Qafqaz -Media" İctimai Birliyinin sədri, yazıçı -publisist ,şairə Hacı Azadə- Taleh Abbas qızının  təşəbbüsü ilə  adı dillərdə dastana dönən  şəhid Xudayarın  anım  mərasimi keçirildi.
Tədbirdə Xudayarın anası ilə yanaşı ,şəhid anaları,qazılər və hərbiçilər də iştirak edirdi.
Tədbirdə Şəhid Xudayarın anası və gələn qonaqlar da çıxışlar etdilər.
Balaca Nuray şəhidlərə həsr olunmuş şeirlər söylədi,Xudayarın döyüş dostları onun qəhrəmanlığından söz açdılar.
Tədbirin bədii hissəsində müğənnilər Elçin Məmmədov,Mətləb Ağayev,Günay Qasımova,Fərman Əsgərov öz ifaları ilə  şəhid Xudayarı yad etdilər.
Tədbirdə çıxış edənləri" Qafqaz- Media" İctimai  Birliyinin sədri Hacı Azadə Taleh Abbas qızı "Xarıbülbül" diplomu "Vətən Naminə" ŞADİB-nin sədri Tünzalə Abduləlimova Fəxri Fərmanlarla təltif etdi.
Şəhidlırin ruhuna ehtiram olaraq Xydayarın anım mərasiminin keçirilməsi üçün şərait yaratdığına görə Müdafiə Naziri General -polkovnik Zakir Həsənova və Həzi Aslanov adına Ordu İdeoliji və Mədəniyyət Mərkəzinin rəisi Polkovnik leytenant İlkin Qayıbova öz təşəkkürünü bildirdirən Azadə xanım və Tünzalə xanım BİHMK-nin üzvü Firdovsi Ələkbərovu,AR MQTİB-nin Nərimanov rayonunun rəhbəri Ədhəm Məmmədovu Fəxri Fərmanla təltif etdilər.
Tədbirin sonunda mərasimdə iştirak edən qonaqlarla  xatirə şəkilləri  çəkdirdilər.
 “XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ