SON DƏQİQƏ

Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb

Tarix:16-12-2021, 22:09

Şəhid ailəsi üzvlərinin və müharibə əlillərinin mənzillə təmin edilməsi üçün növbəti addım atılıb.
XeberTıme.az xəbər verir ki, Prezident İlham Əliyev şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında fərman imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı deyib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında tikilən binalarda istifadəsiz qalan mənzillər satılacaq. Əldə olunan vəsait şəhid ailələri və müharibə əlillərinin ev təminatına yönəldiləcək.
Fərmana əsasən, Nazirlər Kabineti mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Fazil Talıblı bildirib ki, bu fərman əsasən Vətən müharibəsində şəhid olanların ailələrini və müharibədə yaralanan və əlilliyi təsdiq olunanları əhatə edəcək. Bu kateqoriyaya aid şəxslər barədə məlumatları isə yerli icra hakimiyyəti orqanları nazirliyə təqdim edəcəklər. Bunun əsasında qanunvericilik çərçivəsində həmin insanların yaşadıqları yerlərə uyğun mənzil təminatı həyata keçiriləcək.
Qeyd edək ki, indiyədək şəhid ailələri və müharibə əlillərinə 12 minədək mənzil verilib. 2025-ci ilə qədər daha 11 min mənzilin bu kateqoriyadan olanlara verilməsi planlaşdırlır. Ümumilikdə isə 2025-ci ildə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının yekunlaşdırılması nəzərdə tutulub.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ