SON DƏQİQƏ

Ruhunuz şad, məzarınız ilahi nuruyla dolsun, əzizlərim

Tarix:18-12-2021, 03:49

Bu gün anamın dünyasını dəyişən gunudur. Düz 16 il əvvəl , yəni 17 dekabr 2005- ci il. Atamın ayrılığına dözməyərək 5 aydan sonra anamın  da dünyasını dəyişən gün.Həmin  illər mən nələr çəkdim, ilahı. Beş  ay ərzində həm ata itirmək, həm də ana itirmək necə də ağır imiş...O illəri xatırlamaq çox kədərli və üzüntülüdür.
1993- cu  illərdə anam vətən həsrətinə dözməyərək insult kecirtmişdi, Bir tərəfi qurumuşdu. Ağdamın Quzanlı qəsəbəsində finlərin tikdikləri kardon   evlərdə məskunlaşmışdılar.                                             Pulumuz da yox idi. Yerimiz, yurdumuz erməni quldurları tərəfindən işğal olunaraq  dağıdılmışdı. Həmin illərdə Bakı Kamvol kombinatında gənc mütəxəssis olaraq işləsəm də, bir ayağım Ağdamda idi.                                                                                         Əmək haqqım da çox az idi. Atam  mənə zəng edərək demişdi: Sən Bakıda niyə qalmısan? İki qardaşın döyüşür, gəl sən də torpağı qoru. O vaxtdan işimi dayandırıb Ağdama gəlmişdim. 
Xocalı soyqrimı mənə çox pis təsir etmişdi.
Bir tərəfdən də anamın xəstəliyi, Ağdam itgisi məni çox sarsıtmışdı .
Həkim çoxlu dava dərman yazmışdı. Anam qızıl üzüyün (nişan üzüyün)  barmağından çıxardaraq dedi; Vaqif, apar sat, dərman al, borc eləmə.                      

Üzüyü dəyər dəyməzə satıb dərman aldıq. On il anam yaşadı, artıq əli, qolu işləməyə başladı, dili açıldı.Atam isə o illərdə çox  təsirlənərək bu şeiri yazmışdı; 
 
Səni mənəm yaşadan,
Ömrüm - günüm Sərəncam.
Tanrı köməyin olsun, 
Qılsın dərdlərə əncam.
 
Gör  bir neçə ildir ki,
Biz  bir yolun yolçusu,
İllər necə tez keçir , 
Sanki axan sudur  su.
 
Biz dünyanı görmüşük, 
Hər bir dərddən halıyıq,
Balaların eşqinə, 
Gülüm, yaşamalıyıq.
 
İlyas Qəmgin.
 
Atam da, anam da qardaşım Namiq də vətən deyə-  deyə dünyadan köçdülər. Anama bəlkə də əvvəldən agahdır ki, nəvəsi Asiman böyüyərək  döyüş dostları ilə birlikdə qısasımızı erməni quldurlarından alacaq  və şəhadətə yüksələcəkdir. Ruhunuz şad olsun, şəhidlərimiz.
Ana, rahat uyu. Oğlun Niyaz şəhid atasıdır. Xəstəlikdən əziyyət çəkən Niyazla  birlikdə gəlib bu gün məzarını ziyarət etdik.                                                           

Birinci qrup Qarabağ qazisi Hacı Həsən Hüseyni də, Hacı Həmdullah Əfəndi də yasin oxudular, ana!
Ruhun şad olsun. Məzarın ilahi nuruyla dolsun.

Rauf  İlyasoğlu                                                            
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ