SON DƏQİQƏ

Mayor İlkin Rzayevin anım günü keçirildi-FOTO

Tarix:20-12-2021, 00:39

Mayor Rzayevin son kəlməsi- "Övladlarımdan muğayat olun. Komandanlıq üzrümü qəbul etsin. Döyüş tapşırığını sona kimi davam etdirə bilmədim. Vətən, məni bağışla!”  
18 dekabr 2021-ci il tarixində Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin mayoru İlkin Rzayevin anım günü keçirildi.                                                                         
Anım mərasimi İkinci Fəxri Xiyabanda İlkin Rzayevin məzarının  ziyarəti ilə başlandı. məzarı üzərinə əklillər, gül-çiçək dəstələri düzüldü. Şəhid İlkin Rzayevin ruhuna  dualar oxundu. Xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti, dostları İlkin haqqında xoş xatirələrdən söhbət açdılar: Əsgərləri onun haqqında ağızdolusu danışdılar: “Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlir və bizi xilas edir. Mayor Rzayevora yetişəndə, zabit heyətindən sağ qalan yox idi.”                                      
Anım tədbirdə rayon icra nümayəndələri, bir sıra idarə və təşkilatların rəhbərləri, əməkdaşları, Müdafiə Nazirliyinin əməkdaşları, media nümayəndələri, Qarabağ qaziləri, şəhid ailələri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.       
Tədbirdə çıxış edənlər mayor İlkin Rzayevin qəhrəmanlıq şücaətindən danışdılar. Azərbaycanın şanlı tarixini yazmış qəhrəmanlardan biri olduğunu, onun kimi cəsur Azərbaycan əsgər və zabitlərinin döyüş meydanında düşmənə layiqli dərsini verdi. Şəhidlərimiz Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmış igidlərimizdir. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!                                               
Anım mərasimi şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildı, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların   əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ruhuna dualar oxundu, Ulu yardandandan rəhmət diləndi. 
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri mayoru, “Murov Aslanı” ləqəbi ilə tanınan İlkin Cəfər oğlu Rzayev Vətən Müharibəsinin şəhidi 28 iyul 1984-cü ildə Naxçıvan MR-nın Şərur rayonu Əlikli kəndində dünyaya gəlib.                                                                                      

O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alır.   
2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlamışdır. Uzun müddət döyüş bölgəsində xidmət edib. Murov dağ istiqamətində döyüş zamanı, hərbi hissənin döyüş hazırlığına rəhbərlik edib. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənmişdir. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olmuşdur. Azərbaycan Ordusunun mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak etmiş və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənmişdir. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olmuşdur. O, təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək 2 oktyabr 2020-ci ildə təkbaşına düşmənlə mübarizə aparan mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri onun olduğu mövqeyi atəşə tutur və mərmi boğazına tuş gəlir. Murovdağ uğrunda gedən şiddətli döyüşlər şəhidlik zirvəsinə ucalır. Silah yoldaşları arasında "Murovun Aslanı" kimi tanınan mayor İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək, bizə qələbə sevincini yaşadıb. İrəli getməyə çalışan digər dəstənin mühasirəyə düşdüyünü görən kimi köməyə gedir. Mühasirədə olan 30-40 əsgəri xilas edir. 60 gün itkin kimi bilinən şəhidimiz 2 ay qar altında qalıb və nəhayət nəşi tapılaraq ailəsinə təhvil verilib. Xalq öz oğlunu şəhadətə yola saldı. İkinci Fəxri Xiyabanda dəfn edildi.  Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarını uğurla yerinə yetirən Azərbaycan Silahlı Qüvvələrinin mayoru Rzayev İlkin Cəfər oğlunu 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubley medalı, 2013-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubley medalı,  2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı, ölümündən sonra "Azərbaycan Bayreağı" ordeni ilə təltif olunmuşdur.  
Ailəlidir, Nur və Əli adında iki övladı Vətən əmanəti var.                     
Mayor İlkin Rzayevin dediyi hər bir kəlmə əsasəndə son kəlməsi bu günə qədər hərbi hissədə dillər əzbəridir. "Övladlarımdan muğayat olun. Komandanlıq üzrümü qəbul etsin. Döyüş tapşırığını sona kimi davam etdirə bilmədim. Vətən, məni bağışla!”
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Balaxanım Rzayevaya “Ana təltifi”, gənc rəssam Ayxan İsayevin hazırladığı şəhidin rəsmindən ibarət “Zəfər Çələngi” suvineri təqdim olundu.  

                                                                

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”




 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ