SON DƏQİQƏ

Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - YENİLƏNİB

Tarix:12-12-2020, 13:11

Dekabrın 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
XeberTıme.az xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ