Space TV-də sevinmli teleaparıcı Nuranə Gülərin təqdimatında “Qarabağ Azərbaycandır” verlişi Vətən müharibəsi qazisi Nicat Sultanlının ailəsini ziyarət etdi.
Azərbaycan Respublikasının Xalq artisti müğənni-xanəndə Gülüstan Əliyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri Səkinə Babayeva, şairə Cığatel İsa qızı, iş adamı Seymur Dəmirov, Sahibkar qadın Sürəyya İsmayılova, AJB-nin üzvü Yeganə Telmanqızı ailənin qonağı oldular. Vətən müharibəsi qazisi Nicat Sultanlı keçdiyi şərəfli döyüş yolundan danışdı. Qonaqlar 44 günlük Vətən müharibəsində canlarını Vətənə qurban verərək vətəni yaşadan oğullarımızın Zəfər tarixindən və Azərbaycan Ordusu Ali Baş Komandanın dəmir yumuruğunun əhatəsində birləşərək Qarabağ Azərbaycandır! deyən fəxrli döyüşçülərimizdən, şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və qazilərimizdən söhbət açdılar.
Xatırladaq ki, 12.12.2021-ci il tarixində Nicat və Aytac cütlüyünün Fatımə adlı qızları dünyaya gəlib, bu münasibətlə qonaqlar efir vasitəsi ilə qazimizı və onun ömür-gün yoldaşını, əzizlərini, doğmalarını təbrik etdilər. Hədiyyə olaraq qızıl üzük, qızıl sırqa, verlişin sponsoru Adelina Xəzdən palto və parfum səbəti ailəyə təqdim olundu. Qonaqlar lahiyyə rəhbəri və aparıçı Nuranə Gülərə daima qazi və şəhid ailələrini diqqətdə saxladığına görə öz təşəkkürünü bildirdilər.
“Qarabağ Azərbaycandır” verlişi vasitəsi ilə qazi ailələrinə tort göndərdiyi üçün Sumqayıt şəhər “Ləziz Dad” şirniyyat evinə öz minnətdarlığımızı bildiririk.
Yeganə Telmanqızı
“XeberTıme.az”







