SON DƏQİQƏ

“HƏKƏRİ” qəzetinin yeni sayında-FOTOLAR

Tarix:24-12-2021, 12:02

“Həkəri” qəzetinin növbəti sayı işıq üzü gördü.  
“XeberTıme.az” xəbər verir ki, “Həkəri” qəzetinin bu dəfə ki, buraxılışında torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şəhid oğullarımızın keçdikləri şərəfli döyüş yolundan bir-birindən maraqlı yazarlar dərc olunub.                                               
Qazetin ön səhifəsində “Zəngəzurun Şərqi varsa, onun Qərbi də var...”, “Vətən müharibəsinin zəfər təntənəsindən”, “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqi”, “Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun “20 saylı Nərimanov rayonu ikinci seçki dairəsindən seçilmiş millət vəkilinin qərərgahında hüquqi yardım”, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”, şəhidlərə həsr olunan “Şəhidlər qürurumuz, and yerimizdir”, “Əsrlər, qərinələr keçəcək, amma şəhidlərimiz heç zaman unudulmayacaqdır”, “Məkanın cənnətdir, şəhid qardaşım”, “Şəhidlər Unudulmur!”, Rauf İlyasoğlunun valdeynlərinə həsr etdiyi “Ruhunuz şad, məzarınız ilahi nuruyla dolsun, əzizlərim”, “Ərçivanın təbiəti də insanları da mehriban və qonaqpərvərdir” dolğun mövzuda yazılmış materialları,     
AJB-nin üzvü Yeganə Telmanqıznın şəhid leytenant Vüsal Muradova həsr etdiyi “Zirvədə başlanan, cənnətdə davam edən ömür”, “Qubada şəhid ailələri ilə görüş keçirildi” yazısı,      
Birinci qrup Qarabağ Müharibəsi əlili, ilahiyyətçi-publisist Hacı Həsən Hüseyinlinin “Xəlqi-aləm səbəbi Həzrəti-Zəhrada imiş” geniş məzmunlu olduqca maraqlı  yazısı, “Qızıl Qələm” media mükafatçısı, şair, sahibkar Rafiq Cəfərovun “Uğurların bol olsun, el qızı”, Daşdəmir Əjdəroğlunun “Kəndimizə şəhid gəldi...”. Birinci Qarabağ savaşının veteranı, şəhid atası Hacı Əkbər Rüstəmovun “Vətən kitabı” haqqında düşüncələri “Bir tükənməz nağıl olsun Vətən torpağı” adlı matriealında öz əksini tapıb. Ağca Məhəmməd qızının “Şəhid atası Məhəmməd Mürsəl oğlu Məmmədov” yazısı, “Qızıl Qələm” media mükafatçısı Fərqanə Hüseylinlinin Vətən Müharibısi Qəhrəmanı  Sübhan Cəbrayılova həsr etdiyi “Sübhanın Vətən dərdi” və  “Şəhid İsmayıl Vəliyev”, Şəfəq Nasirin “Əsgər” qəzetinin baş redaktoru Təranə Məmmədovanın haqq dünyasına qovuşduğundan təsirlənərək ona ithaf etdiyi “Ölüm, sənin acığına...”, Leyla Əsədovanın siyasi mövzuda “İnsan inkişafı və gender” yazısı maraqlı materiallardandır.   
Leyla Həsənovanın şəhid Eldar Bağırova həsr etdiyi “Unutmayaq! Yad edək!” Ərəb dili müəllimi Rüfət Əbdürəhəman oğlunun “Şəhadət Məqamı”, professor Təvvəkür Şükürbəyli və kimyaçı Təranə Əsgər qızının birgə yazdığı “İstedad sərhəd tanımır” yazısı, Fərqanə Hüseyinlinin şəhid Asimana və şəhid Teymur Məcidzadəyə həsr etdyi seirlər, Solmaz Şirvanlı, Məlahət Sahibqızı, Arzu İlyas qızı Hüseynovanın “Şəhid Asiman zirvən mübarək!”, “Zabit oğluma”, İmran Gülübulaqlının, Qızbəs Rüstəmovanın, Məlahət Sahibqızının yazdığı seirlər, eləcə də Ad günü təbrikləri və bir-birindən rəgarəng, maraqlı materiallar  dərc olunub.  
Xatirladaq ki, “Həkəri” qəzeti 18 ildir işıq üzü görür və respublikada ən cox oxunan qəzetlər sırasındadır və 8 səhifədən ibaratdir. Qəzetin baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist  Rauf İlyasoğludur. 
                                                                         
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik. 

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ