SON DƏQİQƏ

Rəsm dünyasına səyahət+ FOTOLAR

Tarix:25-12-2021, 12:58

Paul Gauguin demişdir ki, rəssamlıq bütün sənətlərin ən gözəlidir, bütün duyğuları birləşdirilir, ona baxanda hər kəs xəyalının iradəsi ilə bir roman yarada bilər, yalnız bir baxışla ruhu ən dərin xatirələrlə doldurur, yox yaddaşdan səylər - hər şey bir anda ələ keçir.Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır.
Bugünkü rəssam qonağımız da öz sirli, sehirli dünyası olan Nərminə Uluxanovadır. 
Covid-19 qlobal pandemiyası dövründə  xüsusi karantin rejimində ve eləcə də sənətdə öz dəsti-xətti ilə seçilən, daima inkişafda olduğuna görə ”İnkişaf” qəzeti və inkishaf.az saytı adından Fəxri Fərmanla təltif olunan rəssam Nərminə Uluxanova Azər qızı ilə tanış olaq.  Nərminə Uluxanova Bakı şəhərində anadan olub. Uşaqlıqdan incəsənətə çox böyük maraq göstərmiş, müxtəlif dərnəklərdə və məktəb sərgilərdə iştirak etmişdir. 2000-ci ildə məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetinin  Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur.2012-ci ilde ailəsi ilə birlikdə London şəhərinə köçmüşdür ve orada Oksford kollecində   İnsan resurslarının idarə olunması   kursunu keçmişdir ve eyni zamanda tətbiqi sənət (Batik və rəngli yunla) işləməklə yanaşı rəssamlıq fəaliyyətini də davam etdirmişdir. İncəsənəti çox sevdiyindən 2021-ci ildə London Art College bitirib.
 Bir neçə il ərzində ölkədaxili sərgilərdə və həmçinin Türkiyə, Dubay, Paris, Belçika, Lüksemburq ve Dohada keçirilən beynəlxalq sərgidə iştirak etmişdir. 2020-ci  ildə Türkiyə Gənclik ödüllərində "İlin gənc rəssamı" nominasiyası ilə təltif olunub.
 Bir-birindən rəngarəng, zövqlü əsərlər yaradan rəssam müxtəlif janrlarda işləyir. Rəsm əsərləri ilə tanış  olduqca müasirliyin və qədimliyin birgə harmoniyasını görmək olar.
Nərminə Uluxanovanın   
"4 xalı" rəsmlər silsiləsi ilk baxışdan zəngin elementlərinə və quruluşuna görə Azərbaycan xalçalarını xatırladır. Xalçalar kimi bu rəsmlərin də mərkəzi xonça hissəsi, qütbləri, daxili və xarici haşiyələri var. Bu rəsmlərin hər biri Azərbaycan milli mədəniyyətinin saysız rəmzləri və naxışları fonunda onun bir fenomenini mərkəzə - meydana çəkir: milli musiqi alətləri, milli memarlıq, milli mətbəx və xalq sənətləri. Bu mərkəzin ətrafında isə milli rəmz və naxışların rəqsi təsvir edilib.
Əksər milli rəmz və naxışların ansamblını təqdim edən bu rəsmlərin dili Azərbaycan xalq bədii təsvir sənətlərinin boyalarla ifadə olunan dili, bu mənada, xalqın dilidir. 
Biz də “XeberTıme.az” saytı olaraq sənətkara bu bənzərsiz  fəaliyyətində uğurlar arzulayırıq.
 
 Xüsusi müxbir: Aygün Oqtay 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ