SON DƏQİQƏ

Sözlərinin vurğunuyam

Tarix:12-12-2020, 18:35

Yazıçı-publisist Rauf İlyasoğlunun   2011-ci ildə çap olunmuş "Dostlara dost töhfəsi" adlı  kitabında yer almış  Şuşanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş və adı  əbədiləsdirilməsə də , xalqımızın qəlbində əbədi yaşayan  igid sərkərdə Mikayıl Qoca oğlu Gözəlovun əziz xatirəsinə:  
Sözlərinin vurğunuyam
 
Qaçqınlara düzün deyən,
Düşmənlərə sözün deyən.
Ürəyimə dözün  deyən,
Sözlərinin vurğunuyam.
 
İtirmişdik biz Şuşanı,
Mikayıl tək qardaşımı.
Könlümuzdə bir nişanı ,
Qalmasının vurğunuyam.
 
Qəbrin qazdın can azarın,
Şəhidlər qalan məzarın.
Ürəyimdə ahu- zarın,
Qovmasınin vurgunuyam.
 
Seyid, Cabbar nəfəsinin,
Şirin dilin nəğməsinin.
Xanın  coşan  gur səsinin,
Nəfəsinin vurğunuyam.
 
Sel qovuşsa, vüsal dəmi,
Könlümün yox olar qəmi.
Ürəklərə nəğmə kimi ,
Axmasının vurğunuyam .

Rauf İlyasoğlu
2010 cü il

 
Şaxtada boranda yurdu qoruyan, 
igid əsgərlərə salamlar olsun, 
Vətənə,  elinə satqın çıxanın, 
 Namərdə, alcaga görüm ar olsun.
 
Dözür əsgərlərim şaxtalı qışa ,
Qar necə çiləyir üz, gözə , qaşa ,
Kecərsiz məclisdə hər zaman başa, 
İgid  ordumuza salamlar olsun.
 
Qoruyun hər zaman soyuq ,küləkdən, 
Gözləyin erməni quran kələkdən, 
Sizi qoruyacaq bil ki mələkdən , 
İgid əsgərlərə salamlar olsun .
 
Rauf İlyasoğlu  
06 dekabr 2020


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ