SON DƏQİQƏ

Vətən müharibəsi qazisinin toyu oldu +FOTOLAR

Tarix:26-12-2021, 17:17

Vətən müharibəsi qazisi gizir Vahab Vahabovun toyu Azərbaycanın Dövlət himni ilə açıldı.24.12.2021-ci il tarixində Sumqayıt şəhərində keçirilən toy mərasimində Vətən müharibəsi qaziləri, Vahab Vahabovun xidmət etdiyi XTQ-nin hərbiçiləri, döyüş yoldaşları, qohumlar, təşkilat rəhbərləri, media işçiləri, iş adamları, bir sıra müğənnilər İlhamə Yusifqızı, Şəbnəm Turan, Aynur Qüdrətli iştirak ediblər.                 
Vəfa adlı xanımla ailə quran qazi öz toyunda Azərbaycanın üçrəngli bayraqları ilə qarşılanıb. 
Toy mərasiminə gələnlər ona xoşbəxtlik arzulayaraq, xoş arzularını çatdırıblar.   Qazinin toyundan olan görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Vahabov Vahab Vidadi oğlu  oktyabrın 28-də Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb.
Qəhrəmanımızın şad günündən olan fotoşəkilləri təqdim edirik:

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ