SON DƏQİQƏ

Qalib ordunun əsgəri şəhadət ucalığı ilə tarix yazdı - FOTO\VİDEO

Tarix:27-12-2021, 12:17

Azərbaycan xalqı  öz tarixini qanla yazan qəhrəmanını heç zaman unutmayacaq! 26.12.2021-ci il tarixində Sumqayıt şəhərində Vətən müharibəsinin qəhrəmanlarından biri  şəhid əsgər Yusifov Hüseyn İsaq oğlunun anım günü keçirildi. 
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Hüseyn  Yusifovun ailə üzvüləri, yaxınları, dostları, bir sıra media üzvüləri, sinif yoldaşları, yaxınları, oxuduğu 14 saylı tam orta məkətəbin pedoqoji kollektivi, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri şəhid Yusifovun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Hüseyn haqqında xoş xatirələrdən, keçdiyi şərəfli dəöyüş yolundan danışdılar, keçdiyi şərəfli  və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. 
Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, qazilərə sağlamlıq, ailələrinə səbr diləndi.
                                                                                     


Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların   əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.                                                           
Tədbirə gələn Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icra nümayəndələri, şəhid ailələri, bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, qonaqlar, media nümayəndələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından, tarix yazan qəəhrəmanların Azərbaycan xalqının qəlbində əbədi yaşayacağından  söhbət açdılar. Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımız daima qəlbimizdə yaşayacaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
 




Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Asya Məmmədovaya “Şəhid Anası ” təşəkkür və şəhidin şəxsi guşəsi üçün “Xarı Bülbül” rəsmindən ibarət ramka təqdim olundu.   


Müəllifdən: Hüseyn Yusifov Sumqayıt şəhər 2 nömrəli uşaq incəsənət məktəbində mənim şagirdim olub. Olduqca savadlı, əxlaqlı, dərslərinə məsuliyyətlə yanaşan bir şagird idi. Şagirdlərimin not yazılarını bir müəllimə kimi saxlayıram. Arxiv sənədlər arasında Hüseynin not yazısı olan zərifi tapıb anası Asya xanıma təhvil verdim. Bu gün qürurluyam Vətən qoruyaraq şəhidlik zirvəsinə ucalan şagirdin müəlliməsi olmaqla. Məqamın uca olsun Şəhid şagirdim!


Anım mərasimində olan təq dimatın video carxını sizə təqdim edirik.

                                                                                    
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ