SON DƏQİQƏ

Vətənin igid oğulları hər cür hörmətə layiqdir- FOTO

Tarix:30-12-2021, 18:03

44 günlük Vətən müharibəsində bizə qələbə sevincini qazandıran igid oğullardan biri də Hikmət Arzu oglu Əbilovdur. 01 01 1998- ci ildə Sabirabad rayonunun  Əsgərbəyli kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmış Hikmət orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır. Sentyabrin -21 də  rayon hərbi  komissarlığından Beyləqana yollanır.
5 gün təlim keçdikdən  sonra sentyabrın -26 da Agcəbəddiyə və həmin günün axşamı isə düşmənlə üzbəüz ön xəttə göndərildim- deyən Hikmət  o illəri belə xatırlayır ; " Ermənilər dinc dayanmır, ərazilərimizi müxtəlif silahlarla atəşə tuturdular.
Sentyabrın -27 də  səhər hücum əmri verildi. Düşmən bizdən daha  yüksəkliklərdə əlverişli mövqelərdə əvvəldən cəmləşmişdilər. Odur ki, irəliləmək çox çətin olduğu üçün biz bir neçə gün müdafiə mövqeyində dayandıq.
Həmin ərəfədə duşmənin kəşfiyyat  diversiya qruplarının qarşısını aldıq və düşmənlər böyük itkiər verərək geri çəkilməyə məcbur oldular.
Eyni zamanda  ordumuz ağır artilleriya ilə  işğalçı erməni quldur  dəstələrinə  böyük və sarsıdıcı zərbələr endirildilər.
Füzuli istiqamətində irəliləyən ordumuz düşməni mühasirədə saxlamaq üçün və təminat yolunu bağlamaq üçün hücuma keçmişdilər.Duşmən ordumuzun gucunə tab gətirməyərək mövqelərindən çıxmaq məcburiyyətində qalanda bizə hücum əmri verildi.
Biz hücuma keçdik, hərbi  hissə komandirimiz  həmin döyüşlərdə yaralandı.Onu da qeyd edim ki, 2016- cı  ildən bölgələrimizdə xidmət  edərəm 1 il üç ay döyüş postlarında olmuşam.
Hərbi hissə komandirimiz Vüsət Xanıyev, döyüş dostumuz Adaxan Zeynalovun   və digər əsgər dostlarımızın  cəsarətli döyüş yolunu  iftixarla  xatırlayarkən çox  qururlanıram ".
Ordumuz qələbə qazandıqdan sonra Hikmət Əbilov da tərxis olunaraq öz əvvəl işlədiyi kollektivə qayıtdı. Bazarstorun kollektivi onu doğmaları kimi qarşıladı.
Şanli ordumuzun qələbəsi naminə qurbanlar kəsildi, Zəfər bayramımız qeyd edildi .
Bazarstore - nun Padandart qəsəbəsində yerləşən filialının  müdirı Əhməd  Abbasqulizadə başda olmaqla mudir müavinləri Qismət Əsgərli, Tural Ələkbərov , Gülşən Aslanova , Vəzir Baloğlanov   igid döyüşçü Hikməti alqışlarla qarşıladılar.
Onu da qeyd edim ki, Qismət müəllim başda olmaqla kollektiv Hikmət Əbilovun evinə qonaq gedərək  igid döyüşçümüzü bir daha təbrik etdilər.
Biz ümid edirik ki, 44 günlük qələbədə xidmətləri olmuş  
" Qartal "  ləqəbli Hikmət Əbilova verilmiş medallar tezliklə sahibinə çatacaqdır.
Şəhid ailələrinə, Vətən müharibəsi döyüşçülərinə, qazılərimizlə  hər zaman diqqət və qayğı göstərən Bazarstore mağazalar şəbəkəsinin Səbail rayonunun Badamdar qəsəbəsində fəaliyyət göstərən filialının  rəhbərliyinə və  kollektivinə  dərin təşəkkürümüzu  bildiririk.

Rauf İlyasoğlu ,
Nüşabə Məmmədova.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ