SON DƏQİQƏ

İsmayıllıda I və II Qarabağ müharibəsi döyüşlərinin şəhid ailələri ilə görüş keçirilib- FOTOLAR

Tarix:31-12-2021, 01:19

İsmayıllıda şəhid ailələri daim diqqətdə saxlanılır.
30.12.2021-ci il tarixində İsmayıllıda I və II Qarabağ müharibəsi döyüşlərinin şəhid ailələri ilə görüş keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Görüşdə ərzailərimizin bütövlüyü uğrunda yüzlərlə ismayıllı gəncinin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkür bildirilib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb. 
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına uyğun olaraq İsmayıllıda da şəhid ailələrinə daim diqqət və qayğı göstərilir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və təqvim ilinin yenilənməsini şəhid ailələri ilə qeyd etməyi özümüzə borc bildik. Biz bu gün, bir daha dövlət-xalq birliyinin, bütövlüyümüzün nə qədər sarsılmaz olduğunu gördük. Bir daha şahidi olduq ki, bizi bir amal birləşdirir-müstəqil və suveren ölkə olan Azərbaycan və bu ölkənin yenilməz, dəmir iradəli, dəmir biləkli Prezidenti cənab İlham Əliyevə olan sonsuz sevgi və ehtiram duyğusu.
Sonra şəhidlərin Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edildikləri orden və medallar şəhidlərin ailələrinə təqdim edilib.
Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda xatirə şəkli çəkilib.

 “XeberTıme.az” 

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ