SON DƏQİQƏ

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti nə qədər davam edəcək? – AÇIQLAMA

Tarix:2-01-2022, 02:18

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir:
“Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olub. Bugünlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olub”.
“Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürətinin artması ilə duman olmayacaq”, - deyə açıqlamada bildirilib.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ