“Ümid” Xeyriyyə Cəmiyyətinin və “XeberTıme.az” informasiya portalının növbəti uğurlu aksiyası həyata keçirildi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə aztəminatlı ailələrinin və Vətən müharibəsi qazilərinin övladlarını sevindirərək onlara hədiyyələr, şürniyyatlar və şəhid rəsmlərindən ibarət zərflər təqdim olundu, ailələrə qurban payı verildi. Aksiyanın keçirilməsində yaxından iştirak edən iş adamı Mirazad Xurşudova və xeyriyyəçi Namidar Məmədova öz təşəkkürümüzü bildiririk.
“Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova öz fikirlərini bizimlə bölüşdü:
– Yeganə xanım uşaqlar gülərsə dünya gülər. Bu gün ki, aksiyamızın özəlliyi ondan ibarətədir ki, biz böyüməkdə olan nəsilə şəhidlərimizi tanıdaraq onlara şəhidlərin rəsmlərindən ibarət zərflər təqdim etdik. Şəhidlər unudulmamalıdr! Şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdir! Elə zərflərin içində də bu cümləni yazmışıq. Bu həm də şəhidləri tanıdım aksiyasıdır, uşaqlar tarix yazan qəhrəmanlarını tanımalıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Yeni ildə, yeni gündə bütün xalqımıza sağlam həyat, firavan günlər arzulayıram. 2022-ci il hər birimiz üçün uğurlu il olsun.
Yeganə Telmanqızı
“XeberTıme.az”