SON DƏQİQƏ

65 yaşlı qadın ana oldu - Atanın 80 yaşı var

Tarix:4-01-2022, 21:46

Hindistanda 65 yaşlı qadın ikinci dəfə analıq sevincini yaşayıb.
XeberTıme.az  "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, körpənin atasının 80 yaşı var. Beləliklə, qadın dünyaya müstəqil şəkildə körpə gətirən ən yaşlı ana sayılır. Buna qədərki bütün yaşlı qadınlar süni mayalanmanın köməyi ilə doğuş keçiriblər.
Bu doğuş qadın üçün ikinci olub. O, səkkiz il bundan əvvəl də qız uşağı dünyaya gətirib.
Doğuşu qəbul edən həkimlər bildiriblər ki, ana və uşaq özlərini yaxşı hiss edir, onlar tam sağlamdırlar və tezliklə xəstəxanadan buraxılacaqlar

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ