SON DƏQİQƏ

QÜRURLA DAYAN

Tarix:4-01-2022, 22:04

Şirvanın son səhidi-Elçin Əliyev Əliqardaş oğlu
Şəhid Elçin Əliyev Əliqardaş oğlu. 2002- ci ildə Şirvan şəhərində anadan olub. 2009- cu ildə, Şirvan şəhər 18 nömrəli Məktəbə gedib. 2018- ci ildə 9-cu sinfi bitirib və Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verib daxil ola bilməyib. Kamissarlığa gedir ki, hərbi xidmətə getsin, yaşı çatmadığı üçün geri qaytarılır. Sonra birinci çağırışda hərbi xidmətə Naxçıvana gedəcəyini bilib getmir. Çünki, Şirvanın Vətən müharibəsinin ilk şəhidi olan Asif Qəribovla yaxın dost idi. Dostunun intiqamını almaq istəyirdi.
Atasına deyir ki, "Ata, Asifin intiqamını alacam. Məndə şəhid olacam." Elçin öz arzusuna məqsədinə çatır. Onun intiqamını almaq üçün Hərbiçi olmağa can atırdı.
Elçin Əliyev Əliqardaş oğlu bir neçə dəfə N saylı hərbi xidmətdə qüsursuz xidmətlərinə görə öz komandiri tərəfindən, Fəxri fərmanla təltif olunur. Beyləqan, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçında gedən döyüşlərdə iştirak edir, yenidən 7-nəfər  döyüşçü yoldaşları ilə birgə  Kəlbəcərə posta çağrılır və orda  ermənilərin təxribatı nəticəsində (Axşam saat 12- dən səhər saat 9-a qədər vuruşur) qəhrəmancasına həlak olur.
Elçin Əliyev Əliqardaş oğlu xidməti döəvründə qüsursuz xidmətələrinə göərə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev təərəfindən bir sıra medallarla təltif olunur:  
Azərbaycanın100- illiyi yubiley medalı
Vətən uğrunda medalı (ölümdən sonra)
"Suqovşanın azad olunmasına göərə"medalı ölümdən sonra)

Vətən sağ olsun.

Elçin Əliyev Əliqardaş oğlu- xatirəsinə 

Qürurla dayan

"Ana şəhid olacam,səni qürurlu ana edəcəm,
Dostum Asifin qanın yerdə qoymuyub,döyüşməyə gedəcəm.
Sənin əziyyətlərini geri qaytaracam".
                    *
Sən təkcə böyüdüb saxladın onu,
Qoymadın kimsəyə bükə boynunu.
Fədakar qayğıkeş bir ana oldun,
Kişi qeyrətlidir , sənin tək oğlun.
Alnından saçından, öpən o igid
Ucaldı vətəndə, ad aldı "Şəhid"
Qanıyla,canıyla bəxtəvər etdi,
Danışmaq  bilirəm çox ağır dərddi.
Sözləri canlanır ana qəlbində:
"Elçin xatirəyə döndü bu evdə
Sevdiyi qız vardı  heç tanımırıq
Bu acı gərcəklə  biz barışırıq.
Həmin qız  qəbrini edir ziyarət
Bizə tanınmağa etmir cəsarət.
Görəndə kimlərsə yaxına gəlir,
Qəbrinin üstündən tez qaçıb gedir."
İmanlı, Ağıllı kamil oğuldu,
Kasıba əl tutub sonra doyurdu.
Elçin tək oğullar qəhrəman oldu.
Qürurlu analar bir gül tək soldu.
Düşmənlər təxribat etdiyi zaman 
Şəhid oldu Elçin köçdü dünyadan"
Ey ana, sən solma,  dayan qürurla!
Fəxr eylə qəhrəman igid oğlunla!

Şair-publisist Sevda İbrahimli

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ