SON DƏQİQƏ

16 ildən sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Vətənində- FOTOLAR

Tarix:5-01-2022, 21:53

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatında Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı həmyerlimiz Pərviz Nəsibovla görüş keçirilmişdir.
Tədbir iştirakçıları öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Tədbiri giriş sözü ilə Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev açaraq bildirdi ki, Pərviz Nəsibov 1998-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. Erkən yaşlarından Yunan Roma güləşi üzrə məşğul olmağa başlamış və ilk uğurunu da Yunan Roma güləşi üzrə keçirilən rayon birinciliyində qazanmışdır. Daha sonra 7 yaşında ailəsi ilə birlikdə Ukraynaya köçmüş və burada karyerasını davam etdirmişdir. Pərviz Nəsibov 2017-ci ildə Almaniyada keçirilən gənclər arasında Avropa çempionatında I-yeri, 2018-ci ildə Dünya cempionatında II-yeri tutmuş və daha sonra böyük uğura imza ataraq Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuşdur. 
Tədbirdə “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun müdiri Musa Mursaquliyev və Əfqanıstan Müharibə Veteranları İctimai Birliyinin Ağstafa rayon Şöbəsinin müdiri Mirzahid Hacıyev çıxış edərək Pərviz Nəsibovu təbrik etdilər və ona növbəti Olimpiya oyunlarında Olimpiya Çempionu olmağı arzu etdilər. 
Sonra Pərviz Nəsibova Ağstafa rayon Gənclər və İdman İdarəsinin, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Əfqanıstan Müharibə Veteranları İctimai Birliyinin Ağstafa rayon Şöbəsinin Fəxri-Fərmanı və hədiyyələri təqdim olundu.
Daha sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı həmyerlimiz Pərviz Nəsibov çıxış edərək görüşün təşkilinə görə Ağstafa rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirdi və 16 ildən sonra Ağstafada olduğu üçün qürür hissi keçirdiyini qeyd etdi.                                                                           
Слава Азердбайджане, Слава Украини! 
 
Mirzahid Hacıyev                                                                          
Hərbi ekspert



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ