Tədbirdə birinci Qarabağ müharibəsi qaziləri, Vətən müharibəsinin kəşfiyyatçı qaziləri və şəhid ailələri iştirak edirdilər. General-mayor Hilal Nəcəfov 27.12.2021-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan şəhid ailələri və kəşfiyyatçı qazilərlə səmimi və möhtəşəm görüş keçirtdi.
General-mayor Hilal Nəcəfov səmimi keçən görüş haqqında təssüratlarını “XeberTıme.az” informasiya portalına danışdı:
- Yeganə xanım Dünya Azərbaycanlılarının Həmərəylik günü və Yeni il ərəfəsində istədim ki, şəhid atalarını, analarını, övladlarını və ailələrini eləcədə döyüşən qaziləri bir araya toplayaraq onların könlünü açım. Onların hər biri ilə tədbirlərdə bir arada olmaq, könlünü xoş etmək mənim üçün şərəfdir. Şəhid atalarının əlini sıxaraq onlara təşəkkür etmək, şəhid övladlarını bu cür tədbirlərədə aramızda görməkdən qürurluyuq. Bizlərin borcudur ki, şəhidlərin əziz xatirəsini heç zaman unutmayaq!
Yaxın günlərdə Azərbaycan Ordusunun Ali Sərəkərdəsi, cənab İlham Əliyevin 60 yaşı tamam oldu. Bütün zabit və əsgər heyyəti adından Qalib prezidentimizə Allahdan möhkəm can sağlığı, ali dövlət fəaliyyətində yeni-yeni uğurlar diləyirəm. .
Müəllifdən: Cənab general bizdə “XeberTıme.az” informasiya portalının bütün komandası adından sizə bu humanist və diqqətli addımınıza görə öz təşəkkürümüzü bildiririk. Xatırladaq ki, General-mayor Hilal Nəcəfov əlamətdar günləri şəhid ailələri və qazilərələ keçitməyi özünə borc bilir.
Yeganə Telmanqızı
“XeberTıme.az”